Icma.az
close
up
RU
Turan Tovuz un yeni transferi: Ona qədər Premyer Liqamızda bu ölkədən 4 futbolçu oynamışdı

Turan Tovuz un yeni transferi: Ona qədər Premyer Liqamızda bu ölkədən 4 futbolçu oynamışdı

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Premyer Liqamızdakı 5-ci tacik 

Bu yay “Turan Tovuz” qapı xəttini gücləndirmək üçün “Ufa”dan qolkiperi Oleq Baklovu transfer etdi.  30 yaşlı qapıçı artıq Misli Premyer Liqasında iki oyuna çıxıb. Onun rəsmi debütündən sonra Premyer Liqamızdakı taciklərin sayı da artıb. Belə ki, təcrübəli qolkiper Tacikistandan olan və Azərbaycan çempionatında oynamış 5-ci futbolçu kimi tarixə keçdi. Ona qədər liqamızda 4 tacik futbolçu oynamışdı ki, onların da hər biir fərqli komandalarımızda çıxış edib. Maraqlıdır ki, hər 5 futbolçu da ölkəsinin millisinin üzvü olub. Lakin onlardan hazırda karyerasını bitirənlər də var, davam edənlər də. Baklov özü Tacikistanda dünyaya gəlib, karyerası isə yalnız Rusiya ilə bağlıdır. O, “Sızran-2003”, “Ural”, “KAMAZ”da oynadıqdan sonra 2023-cü ildə “Ufa”ya keçmiş, ötən il isə Tacikistan millisində rəsmi debüt etmişdi.

Davron Erqaşev

Özbəkistanın “Xujand” klubunun 37 yaşlı üzvü 2014-cü ildə “Jetisu”dan ayrılaraq “Qəbələ”yə keçmişdi. Daha dəqiq desək, mərkəz müdafiəçisi “Qəbələ”də baxışdan uğurla keçmişdi deyə, onunla altı aylıq müqavilə imzalanmışdı. Lakin Erqaşevin Azərbaycandakı karyerasının uğurlu alındığını demək olmaz. Əbəs yerə deyil ki, Yuri Syominin vaxtında komandaya cəlb edilmiş Davron qısa müddətdən sonra Qazaxıstan klubuna geri qayıtmışdı. O, Tacikistan millisində 72 matça çıxıb, 8 qol vurub.

Axtam Xamrakulov

Axtam da Davron kimi, Azərbaycan çempionatının ilk taciklərindəndir. Vaqif Sadıqovun vaxtında AZAL-a cəlb edilmiş asiyalı Erqaşev kimi, 2014-cü ilin yanvarında klublarımızla müqavilə imzalayıblar. Lakin o, 2013/2014 mövsümünün sonunda ölkəmizi tərk etmişdi. Xamrakulov karyerasını 5 il əvvəl ölkəsinin “Xatlon” klubunda yekunlaşdırıb. 37 yaşlı veteran öz millisində 24 matçda 4 dəfə fərqlənmişdi.

Sohib Savankulov

2007-2015-ci illərdə Tacikistan millisində 40 matçda 1 qol vurmuş mərkəz müdafiəçisi 2013-cü ildə “İstiklol”dan “Rəvan”a keçmişdi. Hazırda ABŞ-da yaşayan tacik ölkəmizdə öz karyerası ilə öyünə bilməz. Çünki onun Azərbaycandakı legioner həyatı elə də uğurlu alınmamışdı.

Şervoni Mabatşoyev

Premyer Liqamızda oynamış tacik futbolçular arasında az da olsa, diqqəti özünə çəkən Mabatşoyevdir desək, yanılmarıq. Çünki yuxarıda adını qeyd etdiklərimizdən fərqli olaraq, Şervoni “Kəpəz”də daha tez-tez oynayırdı, hətta qollar da vurmağa macal tapmışdı. Amma 24 yaşlı forvard bu yay Gəncə təmsilçisinin yollarını ayırdığı legionerlərdən oldu. Tacikistan millisinin üzvü hazırda ölkəsində “Reqar-TadAZ” klubunda çıxış edir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri