Turan Tovuzdan 2ci transfer Antalyaya gəlib komandaya qoşulacaq
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan “Turan Tovuz” sıralarına daha bir oyunçu qatmağa yaxındır.
Bu barədə Fanat.Az-a Tovuz klubunun idman direktoru Səməd Nəsibov məlumat verib.
Klub rəsmisi “Kəpəz”in hücumçusu Orxan Əliyevlə anlaşmaq üzrə olduqlarını bildirib:
"Orxanla danışıqları davam etdiririk. Ciddi nəsə baş verməsə, onunla anlaşacağıq. Yaxın iki gün ərzində onun keçidini həll etməyə çalışacağıq. Alınsa, Antalyaya gəlib məşqlərə qoşulacaq".
Qeyd edək ki, Premyer Liqanın ilk iki dövrəsindən sonra turnir cədvəlinin üçüncü pilləsində yer alan qərb təmsilçisi bundan əvvəl Rəhim Sadıxovla anlaşıb. "Sumqayıt"dan ayrılan yarımmüdafiəçi ilə ilyarımlıq müqavilə imzalanıb.
Orxan Əliyev Premyer Liqanın cari mövsümündə 7 qol vurub. O, ümumilikdə Azərbaycan çempionatlarında 30 qol vurub. 29 yaşlı forvard indiyədək 169 matça çıxıb. Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib.
Mirağa
Baxış sayı:97
Bu xəbər 06 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















