“Turan Tovuz”dan rəsmi təklif gözləyirik” “İmişli” Dioqo Almeydanı satmağa hazırdı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Son günlərdə “Turan Tovuz”un yeni transfer hədəfinin “İmişli”nin portuqaliyalı hücumçusu Dioqo Almeyda olduğu deyilir.
Təlim-məşq toplanışı uğursuz keçən, zədəliləri çox olan Qərb təmsilçisi Aleks Souza ilə də yolları ayırıb. Bu futbolçudan əldə olunan gəlirlə Almeydanı almaq istəyirlər.
Bəs “pampıqçılar”a belə təklif olubmu? Olsa, klubun satmaq fikri varmı? Həmçinin mümkün transferlərlə bağlı klubun icraçı direkotru Aqşin Mürsəlov “Futbol+”in suallarını cavablayıb:
“Almeydaya görə rəsmi təklif gəlməyib. Biz də mediadan eşidirik ki, Dioqonu bəyəniblər. Rəsmi müraciət gözlədik. Amma hələ ki gəlməyib. Gəlsə, əlbəttə, qiymətləndirə, sata bilərik. Transferlər gözlənilir. Gənc futbolçuları heyətimizə qatmaq istəyirik. Baxışa gəlirlər, komanda ilə birgə təlim-məşq toplanışı keçirlər. Bir neçə futbolçu transfer etmək niyyətimiz var. Təəssüf ki, toplanışı Bakıda keçirdik, bu il kənara çıxa bilmədik”.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:111
Bu xəbər 22 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















