Turan Tovuzun qapıçısı haqda: Rusiya millisinə nəyə görə dəvət olunmadığını başa düşə bilmirəm
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Turan-Tovuz"un qapıçısı İvan Konovalovun agenti Stanislav Stanislavski onun Bruney (11:0) və Suriya (11:0) ilə bu yaxınlarda keçirilmiş yoldaşlıq oyunları üçün Rusiya millisinə dəvət edilməməsinndən narazı qalıb.
Sportal.az “Matç TV”yə istinadən xəbər verir ki, futbol agenti Tovuz klubunun qolkiperi haqda bunları deyib:
"Hazırda İvan Konovalov karyerasının yaxşı mərhələsindədir. O, əla formadadır. Azərbaycanda ən yaxşı nəticələrə malikdir. Onun komandası ilk üçlükdə yer alır, ilk dəfə çempionluq uğrunda mübarizə aparır və öz çempionatının liderləri ilə bərabər şəraitdə oynayır. İndi Rusiyada çoxlu zədəli qapıçılar var. Düzünü desəm, İvanın Bruney və Suriya ilə matçlar üçün Rusiya millisinə nəyə görə dəvət olunmadığını başa düşmürəm. Mənə elə gəlir ki, Kafanov onu izləyir və yəqin ki, Konovalovun indi hansı formada olduğunun fərqinə varıb. O, Azərbaycan çempionatında ən çox təmiz oyun keçirib, yüksək səviyyəli oyun nümayiş etdirib. Mən istərdim ki, ona diqqət göstərilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















