Icma.az
close
up
RU
“TuranBank”a 3 ildə yerli valyutada 10 milyon dollar ekvivalentində maliyyə Təqdim olunub

“TuranBank”a 3 ildə yerli valyutada 10 milyon dollar ekvivalentində maliyyə Təqdim olunub

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan “TuranBank” ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu “responsAbility Investments AG” şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, “responsAbility Investments AG” tərəfindən “TuranBank”a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.

Benoit Bouet, “responsAbility Investments AG” şirkətinin Şərqi Avropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika (MENA) regionları üzrə rəhbəri: “Bu əməliyyat maliyyə institutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluq təşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyirik.”

“responsAbility Investments AG” ilə imzaladığımız bu yeni saziş bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbəti göstəricisidir. 10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitin yerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onları məzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə biz həmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi və regionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyi hədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkə iqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfə verməyə davam edəcəyik",- deyə “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev bildirib.

Bu tərəfdaşlıq “TuranBank” ASC- nin beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyə inklüzivliyinə sadiqliyini nümayiş etdirir.

“responsAbility Investments AG” qlobal miqyasda təsiredici (impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasında aparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyən müxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusi borc və kapital

yerləşdirmələri həyata keçirir. Təsiredici (impact) yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətraf mühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasına yönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyə gəlirlərinin təmin edilməsini hədəfləyir.

“TuranBank” ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən “TuranBank” ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.

Ətraflı məlumat üçün: www.turanbank.az

“TuranBank”

Bizimlə etibarlıdır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri