Turdan önə çıxanlar
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasında VIII tur başa çatıb.
Futbolpress.az–ın məlumatına görə, “Zirə” bu turda mövsümün ilk məğlubiyyətini yaşadı. Masazırda “Sabah”a uduzan “qartallar” birinci dəfə meydanı xalsız tərk etdi.
Turun digər önə çıxan məqamı “Karvan-Yevlax”la bağlıdır. Bölgə təmsilçisi “Sumqayıt”a 1:4 hesabıyla uduzmasına baxmayaraq, 5 tur sonra qol sevinci yaşadı. Komandanın qələbə həsrəti isə artıq 6 oyundur. Azər Həşimovun yetirmələri sonuncu dəfə II turda “Kəpəz”ə qalib gəlib.
Bu tur ilklə yadda qalan digər kollektiv “Kəpəz”dir. Azər Bağırovun ikinci dönəmində ikinci oyuna çıxan “sarı-göylər” bu mövsüm ilk qələbəsini qazandı. “Şamaxı” səfərində yaxşı oyunla 4:1 hesablı nəticə əldə edən gəncəlilər aktivinə ilk xalları yazdırdı.
Şahin Cəfərov
Baxış sayı:139
Bu xəbər 20 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















