Icma.az
close
up
RU
Turistlərin NƏZƏRİNƏ: Otellərdə süni qiymət artımı ÇOXALIR

Turistlərin NƏZƏRİNƏ: Otellərdə süni qiymət artımı ÇOXALIR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Xüsusilə regionlarda fəaliyyət göstərən otellərin, mehmanxanaların və digər mehmanxana tipli obyektlərin yeni təqvim ilinin başlaması və mövcud mövsümün bitməsi ilə əlaqədar qiymətləri süni şəkildə artırması qəbulolunan deyil. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində qiymətlərin kəskin şəkildə bahalaşması turizm sektorunda ciddi narahatlıq yaradır. Təəssüf ki, bazarda alternativlərin az olması səbəbindən Azərbaycanda istirahət etmək istəyən vətəndaşlar məcburən həmin yüksək qiymətli paketləri almaq məcburiyyətində qalırlar".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Cəfər Quliyev deyib.
O, bildirib ki, bəzi insanlar qiymətləri araşdırdıqda görürlər ki, cüzi əlavə ödənişlə Yeni il və bayram günlərini xarici ölkələrdə daha sərfəli şəkildə keçirmək mümkündür:
"Bu isə faktiki olaraq ölkədən valyuta axını deməkdir. Halbuki, məqsədimiz valyutanın ölkədə qalması, vəsaitlərin daxili bazarda xərclənməsi və yerli turizmin inkişaf etməsidir. Təəssüf ki, belə qeyri-real qiymət artımları bu hədəflərə xidmət etmir".
Ekspert bildirib ki, eyni otaq tipi və eyni imkanlara malik bir otelin qiyməti 25 dekabrda 150 manat olduğu halda, 30–31 dekabr tarixlərində 600–700 manata qalxır:
"Bu, normal bazar mexanizmi deyil, süni qiymət artımıdır. Eyni otaq 30, 31 dekabr və 1–2 yanvar tarixlərində 600–700 manat, lakin 4–5 yanvarda yenidən 150 manat olur. Halbuki həmin otağın təmizlənməsi, saxlanılması və digər gündəlik xərcləri dəyişmir. Otağın maya dəyəri, məsələn, 50 manatdırsa, onu 150 manata satmaq başa düşüləndir, amma bu qiyməti bir anda 4–5 dəfə artırmaq düzgün yanaşma deyil və sağlam satış strategiyası sayıla bilməz".
Onun sözlərinə görə, artıq bir çox dörd və beş ulduzlu otellərdə yerlər dolub:
"Ona görə də bölgələrdə münasib qiymət təklif edən müəssisələr varsa, onları araşdırmaq vacibdir. Vətəndaşlara tövsiyəmiz odur ki, elanlara kor-koranə inanmasınlar və birbaşa yerli turizm şirkətlərinə müraciət etsinlər. Xüsusilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan sayı 300-ə yaxın şirkətlər həm dövlət tərəfindən tanınır, həm də daha etibarlı xidmət göstərirlər".
Ekspert bildirib ki, sosial şəbəkələrdə rast gəlinən elanların bir qismi saxta ola bilər: 
"Feyk səhifələr, otel və ya şirkət adı ilə açılan profillər və yaxud vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən paylaşılan təkliflər mövcuddur. Buna görə də tur paketi seçərkən mütləq diqqətli olmaq, etibarlı ünvanlardan xidmət almaq lazımdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri