Icma.az
close
up
RU
Turizmin inkişafı üçün yeni Dövlət Proqramı: NƏLƏR GÖZLƏNİLİR?

Turizmin inkişafı üçün yeni Dövlət Proqramı: NƏLƏR GÖZLƏNİLİR?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramın icrası dövlət büdcəsi, beynəlxalq təşkilatların, donor və fondların vəsaitləri, həmçinin qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələri hesabına həyata keçiriləcək. Bununla yanaşı, turizm sektoruna özəl investisiyaların cəlb edilməsi və turizm-rekreasiya zonalarında dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəzərdə tutulur. 

Proqram çərçivəsində hotellər, sanatoriyalar, qış idmanı infrastrukturu, konqres mərkəzləri, aviareyslər, turizm tədbirləri və regional infrastrukturun inkişafına büdcə dəstəyi, subsidiyalar və özəl investisiya mexanizmlərinin tətbiqi planlaşdırılır.

Eldəniz Əmirov, iqtisadçı

İqtisadçı Eldəniz ƏmirovBakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeni Dövlət Proqramı turizm sektorundakı əsas problemlərin müəyyənləşdirilməsi baxımından sistemli sənəd təsiri bağışlayır.

Onun sözlərinə görə, turizmin əlçatanlığı, bazarların məhdudluğu, mövsümilik, investisiya çatışmazlığı, xidmət keyfiyyəti, kadr problemi və rəqəmsallaşma əsas məsələlər kimi müəyyən edilib.

Ekspert strateji hədəflərin bir qisminin konkret rəqəmlərlə ifadə olunmasını da müsbət qiymətləndirib. O bildirib ki, 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə əlavə dəyərin real ifadədə təxminən 40 faiz artırılması nəzərdə tutulur.

E.Əmirovun fikrincə, viza rejiminin liberallaşdırılması, yeni uçuşların açılması, aviabilet qiymətlərinin rəqabətqabiliyyətliliyinin artırılması, aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi, investisiya və subsidiya mexanizmləri, eləcə də regionlarda yeni turizm mərkəzlərinin yaradılması proqramın diqqətçəkən istiqamətlərindəndir.

Bununla belə, iqtisadçı proqramda maliyyələşmə mənbələri göstərilsə də, əsas istiqamətlər üzrə konkret maliyyə yükünün müəyyənləşdirilmədiyini vurğulayıb.

“Proqramın sonrakı qiymətləndirilməsini daha dolğun etmək üçün belə bir maliyyə çərçivəsinin olması vacibdir. Nəticə yalnız “nə etdik və nə əldə etdik?” sualı ilə deyil, həm də “buna nə qədər resurs sərf etdik və həmin resurs müqabilində hansı nəticəni əldə etdik?” sualı ilə ölçülməlidir”, – deyə E.Əmirov bildirib.

Rəhman Quliyev, turizm eksperti

Turizm eksperti Rəhman Quliyev isə Bakıvaxtı.az-a bildirib ki, yeni proqram sektorda mövcud infrastruktur çatışmazlığının və regionlarda xidmət səviyyəsinin aşağı olmasının aradan qaldırılması üçün real imkanlar yaradır.Lakin ekspert hesab edir ki, bu proqramın uğurlu olması qarşıya qoyulan hədəflərin icrasına nəzarətin, konkret icra mexanizmlərinin nə dərəcədə səmərəli qurulmasından asılıdır:

“Məqsəd Azərbaycanın turizm potensialını həm də turistin ölkədə qalma müddətinin və xərclərinin artması ilə ölçmək olmalıdır. Yeni proqramın icrası nəticəsində ən mühüm dəyişikliklərdən biri regionların turizm imkanlarının dövriyyəyə daha fəal cəlb edilməsi ola bilər. Bunun üçün regionlarda yol, nəqliyyat, hotellər, ictimai iaşə və digər turizm infrastrukturlarının inkişafı ilə yanaşı, hər bir bölgənin özünəməxsus turizm məhsulu formalaşdırılmalıdır”.

R.Quliyev vurğulayıb ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki, Quba-Xaçmaz və cənub bölgəsi kimi istiqamətlərdə turizm klasterlərinin yaradılması böyük nəticələr verə bilər.

Ceyhun Aşurov, turizm eksperti

Turizm eksperti Ceyhun Aşurovisə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ölkələrin turistləri cəlb etməsi bir çox faktorlardan asılıdır.

Ekspertin sözlərinə görə, regiondakı geosiyasi, iqtisadi vəziyyət, ölkənin özünün əlçatanlığı və s. bütün bunlar prosesə təsir göstərir:

“Təəssüflər olsun ki, son dövrlərdə, xüsusən qonşu regionlarda baş verən gərginliklər Azərbaycana, yəni ölkəmizə turistlərin gəlməsinə də öz təsirini göstərir. Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, bizim hava məkanımız açıqdır. Bizdə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Avqust 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri