Icma.az
close
up
RU
Vicdansızlığın “Şiff barometri”

Vicdansızlığın “Şiff barometri”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Konqresində son 250 ilin ən pis cinayətkarı”. “Bu adama etibar etmək olmaz”. “Şiff məşhur yalançıdır”. “O, Trampa xor baxan keçmiş prezident Co Bayden kimi demokratların kor partizan sədaqəti ilə qoruduğu Amerikanın bədənində “qara yaradır”. “Əgər kimsə vicdansızlığın nə olduğunu bilmirsə, baxsın, nümunə Adam Şiffdir...”. 

Yan-yana düzdüyümüz bu “yağlı” epitetlərin hamısı “The Western Journal”ın saytında Kaliforniya ştatının ermənipərəst senatoru Adam Şiffin ünvanına yağdırılıb. Daha doğrusu, jurnal “hay sevdası” ilə tanınmış senatoru yıxıb-sürüyüb. 

ABŞ Senatının Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini təsdiqlədiyi Keş Patel elə ilk çıxışındaca maraqlı və yaddaqalan “Siff-şou” göstərib. Jurnal Patelin çıxışına istinadla yazır ki, Donald Trampın ilk prezidentliyi dövründə kaliforniyalı demokrat senator Adam Şiff ona qarşı “Rusiya sövdələşməsi” saxtakarlığını yayıb. Trampa qarşı ilk impiçment məhkəməsini təşkil edən də Şiff olub. Fəqət onun bu cəhdi uğursuzluğa düçar oldu. Nəticədə amerikalı seçicilərin demokratlara artan nifrəti sayəsində respublikaçı Trampın Ağ evə qayıdışının şahidi olduq.

FTB-nin Vaşinqtondakı mənzil-qərargahında yeni direktor Şiffin bir çox “qələtləri”nin üzərinə işıq salıb. Onun son “qələti” Trampın namizədliyini irəli sürdüyü Keş Patelin Senatda təsdiqlənməsini pozmağa çalışması olub. Amma yenə uduzub. Bundan əvvəl büro qarşısında toplanan demokratlar arasında görünən burada da özünü biabır etməyi bacarmışdı. Partiyadaşları onun haqqında “bu adama etibar etmək olmaz, onun bu işi görməyə mənəvi haqqı yoxdur” qərarını vermişdilər.

Söhbət Nümayəndələr Palatasının Xarici kəşfiyyat məsələləri komitəsindən qovulmuş, 2022-ci il aralıq seçkilərindən sonra Respublikaçılar palataya nəzarəti ələ keçirəndə nadürüstlüyünə və etibarsızlığına görə qınanılan bir adamdan gedir.  O zamankı Nümayəndələr Palatasında çoxluğun lideri Kevin MakKarti Şiffin üzünə istehza ilə “dürüstlük çox önəmlidir” demişdi. Artıq o vaxta qədər Adam Şiff haypərəst “fəaliyyəti” ilə hamıya sübut etmişdi ki, dürüstlük ona yad anlayışdır. 

Amerikalılar yaxşı bilirlər ki, xüsusi prokuror Robert Muellerin Trampın Rusiya ilə, guya, gizli sövdələşməyə dair ortaya “sübut” qoyacağını bəyan edən Şiffin yalan məlumatı, təbii olaraq, öz təsdiqini tapmamışdı.

Bundan sonra arsız Şiff  2021-ci ilin yanvarında “Trampın tərəfdarlarının Kapitolini işğal etməsi faktını”  araşdırmaq üçün palata sədri, qatı ermənipərəst Nensi Pelosinin təyin etdiyi komitənin “xidmətçisi” rolunu oynadı. Sonda üzə çıxacaq ki, bu, Amerika ictimaiyyətini çaşdırmaqla, Donald Tramp və tərəfdarlarına qarşı demokratların qurduğu anti-təbliğat kampaniyasından başqa bir şey deyilmiş.

FTB-nin yeni rəhbəri Patel Şiffin bu kimi əməllərini “adi vicdansızlıqdan daha çox təhlükəli” fəaliyyət adlandırıb. O, Adam Şiffin ünvanına “Konqresdə son 250 ilin ən qatı cinayətkarı” deyib. “The Western Journal” yazır ki, FTB-nin yeni rəhbərinin senatoru belə alçaldıcı şəkildə “bəzəməsi” istənilən siyasətçini narahat etməli idi. Amma Şiff kimi birisi üçün bu, sadəcə, növbəti qalmaqal fürsətidir.

Jurnalın hazırda “hay məsləkdaşı” Bob Menendez kimi həbs təhlükəsi ilə üzləşən, bədnam və miskin duruma düşmüş senator Adam Şiff haqqında tənqidi məqaləsi bu sözlərlə bitir: “Respublikaçılar Şiffin Patelə etirazlarının nə qədər mənasız və arqumentsiz olduğunu çox yaxşı bilirlər. Çünki iyrənc Adam Şiffin dürüstlükdən danışmağa haqqı yoxdur”. 

İ.HƏSƏNQALA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri