Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Türk birliyi regional sabitliyin və qlobal həmrəyliyin strateji dayağı ANALİTİKA

Türk birliyi regional sabitliyin və qlobal həmrəyliyin strateji dayağı ANALİTİKA

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

XXI əsrin siyasi coğrafiyası yeni güc mərkəzlərinin formalaşması və regional ittifaqların qlobal sistemdə çəkisini artırması ilə xarakterizə olunur. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) yalnız ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli deyil, həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerji yaradıldığı və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi ön plana çıxır. Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ifadə edir.

AZƏRTAC bu məqalədə Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin geosiyasi əhəmiyyətini, regional və qlobal təhlükəsizlik arxitekturasında tutduğu strateji mövqeyi, Azərbaycanın təşkilat daxilində təşəbbüskar və qurucu lider kimi rolunu, həmçinin TDT-nin gələcək inkişaf trayektoriyasını çoxşaxəli şəkildə araşdırıb və analitik müstəvidə dəyərləndirib.

TDT-nin XII Zirvə Görüşü: strateji geosiyasi hadisə

Oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusunda keçiriləcək. Bu Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisə olacaq. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

Zirvə çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikitərəfli görüşləri nəzərdə tutulur, rəsmi proqram üzrə isə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Bu, yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq.

TDT-nin inkişaf dinamikası və artan funksional rolu

TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır.

Türk birliyinin strateji arxitektoru və lokomotiv gücü - Azərbaycan

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.

Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.

Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev Bişkek Zirvəsində bu töhfələrə görə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstana təşəkkürünü bildirib.

TDT-nin strukturunun güclənməsi və təhlükəsizlik perspektivləri

TDT artıq təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır.

Bu Zirvə Görüşünün əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” istiqaməti də məhz bu zərurətdən qaynaqlanır. Bu, Türk Dövlətləri Təşkilatının müstəqil təhlükəsizlik gündəliyi formalaşdırmaq niyyətində olduğunu göstərir.

Gələcəkdə isə təşkilat çərçivəsində birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kibertəhlükəsizlik, strateji informasiya mübadiləsi mexanizmlərinin yaradılması reallığa çevrilə bilər.

Türk sivilizasiyası və TDT – tarixi irsdən müasir güc platformasına

Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi əməkdaşlıq üçün yaradılmış qurum deyil, eyni zamanda, türk sivilizasiyasının mədəni kodlarının müasir dövrün çağırışlarına uyğunlaşdırıldığı siyasi formadır. Türk sivilizasiyası tarix boyu bəşəriyyətə elm, dövlətçilik, hərb, hüquq, incəsənət və mədəniyyət sahələrində böyük töhfələr verib. Tarixin bütün dönəmlərində türklər zəngin dövlətçilik ənənələri, hərbi gücü, elm və incəsənətə verdiyi töhfələri ilə seçilib, bəşər sivilizasiyasının inkişafında özünəməxsus iz qoyublar. Bu sivilizasiya zəngin dövlətçilik ənənələri, elm və mədəniyyətə verdiyi nailiyyətlərlə bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı da bu böyük sivilizasiyanın önəmli parçası olaraq həm ondan faydalanıb, həm də öz töhfələrini verib.

Bu baxımdan, TDT-yə üzv ölkələrin mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı prioritet istiqamətlərdəndir. Paytaxt Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) bu sahədə Azərbaycanın mədəni liderliyini və Türk dünyası ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək istəyini əks etdirir.

TDT gələcəyin güc platforması kimi

Bu gün Türk Dövlətləri Təşkilatı strukturlaşmış, siyasi iradə ilə yönlənən və qlobal sistemə inteqrasiya olunmuş bir güc platforması kimi formalaşır. Məqsəd yalnız əməkdaşlıq formatlarını optimallaşdırmaq deyil, həm də Türk dövlətlərinin beynəlxalq münasibətlərdə vahid strateji mövqedən çıxış etməsini təmin etməkdir. Əməkdaşlıq sahələri təkcə siyasət və təhlükəsizliklə məhdudlaşmır. TDT çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir.

Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir.

Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi, onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək. Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər. Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək dövrüdür. Bu yol həm də türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir.

Türk Dövlətləri Təşkilatının inkişaf xətti göstərir ki, bu birlik yalnız tarixi-mədəni bağlılıqlara əsaslanmır, həm də gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında real güc mərkəzi formalaşdırır və XXI əsr türk dövlətlərinin qlobal miqyasda söz sahibinə çevrildiyi əsr olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see511

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see331

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see214

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see197

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see149

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see140

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see138

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri