Türk coğrafiyasında ortaq TV və mətbuat formalaşdırılacaq
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti Ruslan İmanzadə OKTAN Türk Təşkilatının İdarə Heyətinin sədri Rauf Babacanla görüşüb.
Bu barədə Newscenter.az-a məlumat verən ATUİAB rəhbəri deyib ki, görüşdə rəhbərlik etdiyi qurumla OKTAN Türk Təşkilatı arasında mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib, gələcəkdə həyata keçirilməsi mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb:

"Müzakirə edilən və ümumi razılıq əldə olunan layihələrdən biri Türk coğrafiyasında ortaq TV və mətbuatın formalaşdırılması ilə bağlı oldu. Həmçinin, Türk dünyasından olan savadlı, bacarıqlı gənclərə yönöəlik təqaüd proqramlarının hazırlanıb yaxın zamanlarda həyata keçirilməsi barədə razılıq əldə edildi. Eyni zamanda Türk dünyasında fəaliyyət göstərən dövlət universtetləri ilə əlaqələr yaradılıb orada təhsil alan tələbələrin təhslinə dəstək nümayiş etdiriləcək".
Ruslan İmanzadə görüşdə iqtisadi, mədəni və idman sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilib:
"Birlikdə startup layihələrinin formalaşdırılıb maliyyələşdirilməsi, həmin layihələrə dövlət və biznes strukturları tərəfindən dəstək alınmasına nail olmaq, onları inkişaf etdirilməsi də müzakirə mövzusu oldu. Bundan sonra ATUİAB və OKTAN Türk Təşkilatı Türk dünyasında həm iqtisadi, həm mədəni, həm də sosial və idman sahəsində birgə fəaliyyət göstərəcəklər".
Süleyman İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:Türk coğrafiyasında erkən yaşayış məskənləri
07 İyul 2026 09:54
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi formalaşdırılacaq
26 Noyabr 2025 13:19
Zəfər Coğrafiyasında Türk Hərbi Birliyi Zahid Oruc yazır
23 Sentyabr 2026 13:00
“Türk dünyası TV” günün media çağırışıdır
28 Avqust 2026 14:15
Baxış sayı:136
Bu xəbər 26 Fevral 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















