Türk dövlətləri arasında qadın sahibkarların əməkdaşlığı genişlənib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 19 noyabr, AZƏRTAC
Türk dövlətləri arasında qadın sahibkarların əməkdaşlığı son dörd ildə əhəmiyyətli dərəcədə genişlənib.
Bu barədə AZƏRTAC-a Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva məlumat verib.
"Türk Ticarət və Sənaye Palataları Birliyi fəaliyyətə 56 iştirakçı ilə başlayıb, bu gün isə 14 mindən çox qadın sahibkarı birləşdirir. Bu inkişaf Avropa İttifaqının yaranma dövrünü xatırladır və Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır", - deyə o bildirib.
Onun sözlərinə görə, təşkilatın rəhbərliyi hər iki ildən bir üzv ölkələr arasında dəyişir. Son dövrdə Azərbaycanın sədrlik vəzifəsini Qazaxıstana ötürməsi qurumun dinamik inkişafının göstəricisidir.
"Qida təhlükəsizliyi, logistika və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur", - deyə S.Babayeva vurğulayıb.
Komitə sədri qeyd edib ki, sovet dövründə əsasən təhsil və tibb sahələrində üstünlük təşkil edən qadın mütəxəssislərin fəaliyyət dairəsi bu gün marketinq, menecment, İT və digər biznes sahələrinə doğru genişlənir.
"Əsas hədəflər qadınların liderlik qabiliyyətlərinin inkişafı, mikro və orta biznesin gücləndirilməsi, həmçinin onların iri biznes sahələrində təmsilçiliyinin artırılmasıdır", - deyə S.Babayeva əlavə edib.
Qeyd edək ki, Qazaxıstanın paytaxtında Türk Ticarət və Sənaye Palataları Birliyi III Baş Assambleyası və Qadın Sahibkarların Biznes Forumu keçirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 19 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















