Icma.az
close
up
RU
Türk dövlətləri ilə münasibətlər möhkəmlənəcək ŞƏRH

Türk dövlətləri ilə münasibətlər möhkəmlənəcək ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bəllidir


"İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsidir. Bu yanaşmanın inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri də göz qabağındadır. Həm Türkiyə, həm də Pakistanla Azərbaycanın dostluğu, qardaşlığı bu gün yeni istiqamətlərdə uğurla inkişaf edir".



Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidi olduq:

"Böyük Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin,  iyul ayında isə  Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin  Bakıda toplaşaraq Bakı Bəyannaməsini imzalamaları əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu. Türkiyə və Pakistanla yanaşı, digər türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul edilir. Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində TDT-nin, o cümlədən TÜRKPA-nın rolu böyükdür. Azərbaycan Türk birliyinin aparıcı üzvü kimi bu ittifaqın daha da güclənməsinə çalışır".

Deputat əlavə edib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir:

"Ölkə Prezidentinin də dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin yüksək tribunalardan söylədiyi fikirlər Türk dünyasının həm bu günü, həm də gələcəyi üçün əhəmiyyət daşıyır. İndiki məqamda əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri