Icma.az
close
up
RU
Ersin Tatar: Qəbələdə keçirilən TDT Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə töhfə verib

Ersin Tatar: Qəbələdə keçirilən TDT Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə töhfə verib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair Lefkoşada keçirdiyi mətbuat konfransında bildirib. Şimali Kipr lideri xatırladıb ki, ŞKTC nümayəndələri son üç ildə dəfələrlə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak ediblər.

E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib. “Azərbaycan lideri ilə şəxsi görüşdə ŞKTC ilə yaxınlıq bir daha vurğulanıb”, - deyə dövlət başçısı bildirib.

ŞKTC Prezidenti Türk Dövlətləri Təşkilatını “birlik və həmrəyliyin təmin edilməsi yolunda güc amili” adlandırıb. “Kipr türklərinin ədalətli mübarizəsinin türk dövlətləri tərəfindən dəstəklənməsi bizim üçün dəyərlidir”, - deyə E.Tatar əminliklə ŞKTC-ni “Şərqi Aralıq dənizində Türk dünyasının qalası” adlandırıb.

Türk dövlətləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Prezident E.Tatar bildirib: “ŞKTC-nin limanları və logistika imkanları türk ölkələri üçün faydalı ola bilər. Türkiyənin dəstəyi ilə biz TDT bazarlarına məhsullarımızın ixracı həcmini artırmağa hazırıq”. O, həmçinin Şimali Kipr universitetlərində TDT ölkələrindən, xüsusən də Azərbaycandan olan tələbələrin sayının iki dəfə artaraq 10 minə çatacağına ümid etdiyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri