Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Türk Dövlətləri Təşkilatı: Şərqlə Qərb arasında geostrateji körpü

Türk Dövlətləri Təşkilatı: Şərqlə Qərb arasında geostrateji körpü

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu təşkilatın əməkdaşlıq gündəliyinin əhəmiyyətli dərəcədə genişləndiyini nümayiş etdirir. Əvvəllər əsasən tarixi-mədəni və humanitar yaxınlıq üzərində qurulan münasibətlər bu gün siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji, nəqliyyat, təhlükəsizlik və digər strateji istiqamətləri əhatə edir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə qeyd etdiyi fikirlər də təşkilatın qarşısında dayanan yeni çağırışları və bu çağırışlara birgə yanaşmanın əhəmiyyətini ortaya qoyur.

Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci iclasının keçirilməsi təşkilat çərçivəsində təhlükəsizlik məsələləri üzrə institusional dialoqun artıq davamlı xarakter aldığının göstəricisidir. Müxtəlif formatlarda keçirilən görüşlər beynəlxalq gündəlikdə yer alan məsələlərin geniş spektrini əhatə edir. Təhlükəsizlik, nəqliyyat, enerji, ticarət, multikulturalizm və humanitar əməkdaşlıq kimi istiqamətlərin eyni təşkilat çərçivəsində müzakirə olunması TDT-nin əməkdaşlıq imkanlarının çoxşaxəli olduğunu təsdiqləyir.

2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşü ilə əsası qoyulan təşkilat ötən dövr ərzində mühüm mərhələlərdən keçib. Bu gün TDT-nin gündəliyində yalnız üzv dövlətlər arasındakı münasibətlər deyil, beynəlxalq təhlükəsizlik və qlobal proseslərlə bağlı məsələlər də xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bu yanaşma təşkilatın malik olduğu potensialın daha səmərəli şəkildə reallaşdırılmasını gündəmə gətirir. Geniş coğrafiya, əhəmiyyətli təbii ehtiyatlar, enerji imkanları, nəqliyyat marşrutları, artan iqtisadi potensial və gənc əhali TDT məkanının mühüm üstünlükləri sırasındadır. Təşkilatın beynəlxalq çəkisinin artması, eyni zamanda, üzv dövlətlərin birgə fəaliyyətinin daha sıx əlaqələndirilməsini tələb edir. Çünki ayrı-ayrı sahələrdə əldə olunan imkanların ümumi strateji məqsədlərlə uzlaşdırılması TDT-nin beynəlxalq proseslərdə daha ardıcıl mövqe ortaya qoymasına şərait yarada bilər.

Dövlət başçısının qeyd etdiyi məqamlardan biri təhlükəsizlik anlayışının geniş məzmun daşıması ilə bağlıdır. Müasir dövrdə təhlükəsizlik yalnız hərbi risklərin qarşısının alınması ilə məhdudlaşmır. Terrorizm, transmilli cinayətkarlıq, qeyri-qanuni dövriyyə, informasiya və kibertəhdidlər, kritik infrastrukturun mühafizəsi, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm istiqamətlərinə çevrilib. Bu baxımdan TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısı xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik sahəsində məsul qurumlar arasında koordinasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, operativ əlaqələrin qurulması və mümkün təhdidlərin əvvəlcədən müəyyənləşdirilərək qarşısının alınması mühüm vəzifələrdəndir. Burada diqqət çəkən əsas məsələ yalnız mövcud təhlükələrə cavab vermək deyil, profilaktik təhlükəsizlik mexanizmlərinin gücləndirilməsidir. Təhdidin meydana çıxmasından sonra ona reaksiya verməkdənsə, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və müvafiq qurumlar arasında məlumat mübadiləsinin qurulması təhlükəsizlik siyasətinin daha sistemli təşkilinə imkan verir.

Prezident İlham Əliyev çıxışında TDT ölkələrinin yerləşdiyi regionlarda mövcud olan mürəkkəb geosiyasi vəziyyətə də toxunub. Müxtəlif istiqamətlərdə davam edən müharibələr, qarşıdurmaların coğrafiyasının genişlənməsi və beynəlxalq münasibətlərdə gərginliyin artması regional təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Belə şəraitdə TDT ölkələrinin təhlükəsizlik məsələlərində bir-biri ilə məsləhətləşməsi və əlaqələndirməni gücləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan baxımından bu məsələ ölkənin yerləşdiyi geosiyasi məkan nəzərə alınmaqla daha da aktualdır. Dövlət başçısının qeyd etdiyi kimi, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu amillər regional təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmağı zəruri edir. Həmin reallıq TDT daxilində təhlükəsizlik əməkdaşlığının yalnız təşkilatın daxili gündəliyi kimi deyil, regionda sabitliyin qorunmasına xidmət edən mexanizm kimi nəzərdən keçirilməsini şərtləndirir.

TDT-nin təhlükəsizlik gündəliyini enerji və nəqliyyat məsələlərindən ayrı təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyevin çıxışında bu iki istiqamətin təhlükəsizliklə birbaşa əlaqələndirilməsi də məhz bununla bağlıdır. Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya Şərqlə Qərb arasında mühüm nəqliyyat və enerji bağlantılarının formalaşmasına imkan verir. Xəzər hövzəsi Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından mühüm mövqeyə malikdir. Azərbaycan isə bu prosesdə həm enerji, həm də nəqliyyat infrastrukturu ilə mühüm rol oynayır. Bu baxımdan enerji marşrutlarının və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız iqtisadi məsələ deyil. Onların fasiləsiz fəaliyyəti dövlətlərin iqtisadi dayanıqlığı, regional ticarət əlaqələri və daha geniş coğrafiyada sabitlik baxımından da əhəmiyyət daşıyır. Deməli, TDT-nin təhlükəsizlik gündəliyində enerji və nəqliyyat bağlantılarının ayrıca yer alması təşkilatın iqtisadi potensialı ilə təhlükəsizlik siyasətinin bir-birini tamamladığını nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür: “Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir”.

TDT ölkələrinin ümumi maraqlarının qorunması və mövcud potensialın daha səmərəli şəkildə birləşdirilməsi mühüm önəm kəsb edir. Çünki təşkilatın iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrinin davamlılığı ilk növbədə sabit və təhlükəsiz mühitdən asılıdır. Bu baxımdan Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin 5-ci iclası TDT daxilində təhlükəsizlik sahəsində əlaqələndirmənin dərinləşdirilməsi baxımından mühüm platformadır. Burada əsas məqsəd ayrı-ayrı dövlətlərin təhlükəsizlik imkanlarını bir mexanizm daxilində birləşdirmək deyil, qarşılıqlı məlumat mübadiləsini, məsləhətləşmələri və mümkün təhdidlərə qarşı koordinasiyanı daha səmərəli qurmaqdır.

Nəticə etibarilə, geniş coğrafiya, enerji resursları, nəqliyyat imkanları, iqtisadi potensial, gənc əhali və üzv dövlətlər arasında siyasi dialoq TDT-nin fəaliyyət istiqamətlərini daha da genişləndirir. Məhz bu reallıq fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət qazanır. Müxtəlif təhdidlərin sərhəd tanımadığı, regional böhranların bir-birinə təsir etdiyi və enerji-nəqliyyat bağlantılarının qlobal əhəmiyyət daşıdığı müasir şəraitdə təhlükəsizlik qurumları arasında koordinasiya artıq ayrıca istiqamət deyil, ümumi əməkdaşlıq sisteminin mühüm tərkib hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri