Icma.az
close
up
RU
Türk dövlətlərində vahid pul tətbiq olunacaq? AÇIQLAMA

Türk dövlətlərində vahid pul tətbiq olunacaq? AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son illər Türk dövlətləri arasında əməkdaşlıq istiqamətində atılan addımlar, xüsusən də Türk İnvestisiya Fondunun (TİF) yaradılması mühüm əhəmiyyət kəsb edir. Lakin bu fondun yalnız “yaxşı niyyət” səviyyəsində qalmaması, əsl beynəlxalq maliyyə institutuna çevrilməsi üçün ciddi məsələlər var".

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, TİF yaradılarkən kapitalı 500 milyon dollar idi, hazırda isə 600 milyon dollar həddindədir:

"Asiya İnkişaf Bankının ödənilmiş kapitalı 7,5 milyard dolları aşır, əməliyyat portfeli isə 120-130 milyard dollar civarındadır. Türk dövlətləri üçün TİF-in uğurlu gələcəyi ilk növbədə maliyyə dayanıqlığından asılıdır. Kapitalın artırılması, beynəlxalq maliyyə bazarlarına çıxış və etibarlı investisiya mənbələrinin təmin edilməsi burada əsas şərtdir.

Odur ki, TİF yalnız bir neçə sahə ilə məhdudlaşmamalı, geniş sektoral və regional portfel formalaşdırmalıdır. Bu, fondun həm təsir dairəsini, həm də dayanıqlığını artıracaq. Əlbəttə ki, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də mütləqdir. Çünki qlobal təcrübə göstərir ki, bu reytinqlər fondun etibarlılığını artırır və beynəlxalq sərmayələri cəlb edir”.

Mütəxəssisin sözlərinə görə, digər bir vacib məsələ isə idarəetmə və hüquqi baza ilə bağlıdır:

“Bu, ən azı maliyyə dayanıqlığı qədər əhəmiyyətlidir. Şəffaf və beynəlxalq standartlara uyğun idarəetmə olmadan fondun uğurlu gələcəyi mümkün deyil. Bu məqsədlə, hüquqi baza əvvəlcədən formalaşdırılmalı və beynəlxalq səviyyədə tanınmalıdır.

Ümumiyyətlə isə türk dövlətlərinin coğrafi mövqeyi – Şərqlə Qərbin kəsişməsində yerləşməsi, zəngin enerji resursları və nəqliyyat dəhlizlərinin potensialı TİF üçün əvəzolunmaz imkanlar yaradır. Xüsusilə bölgədə müasir logistik mərkəzlərin, rəqəmsal nəqliyyat platformalarının və azad iqtisadi zonaların inkişafı vacib investisiya istiqamətləridir. Bu sahələr Türk dövlətlərinin potensialını daha da üzə çıxaracaq”.

E.Əmirovun fikrincə, TİF-in kapital artımı üçün üzv dövlətlərin əlavə öhdəliklər götürməsi və özəl sektor tərəfdaşlığı modellərinin təşviqi vacibdir:

“Hüquqi və monitorinq sistemi yaradılaraq, şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Regional və sektoral balanslı investisiya portfeli hazırlanmalı, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığa start verilməlidir. Eyni zamanda, nəqliyyat və logistika, bərpa olunan enerji və rəqəmsal infrastruktur kimi sahələrə xüsusi diqqət ayrılmalıdır”.

Ekspert nəzərə çatdırıb ki, indiki mərhələdə  vahid valyuta  məsələsi də mümkün deyil:

“Müxtəlif dövlətlərin vahid valyutaya keçməsi üçün onların inkişaf səviyyəsi demək olar ki, eyni olmalı, maliyyə-bank sektoru isə dərin inteqrasiya prosesini keçməlidir. Son illərdə Türk dövlətləri bir-birinə çox yaxınlaşıblar, amma bu yaxınlaşma vahid valyuta rejimi üçün tələb olunan səviyyəyə çatmayıb. Bu ölkələrin inkişaf səviyyəsi, milli valyutalarının möhkəmliyi, eləcə də iqtisadiyyatlarının dayanıqlılığı və sabitliyi çox fərqlidir. Avropa İttifaqının təcrübəsi buna əyani sübutdur. Onlar vahid valyutaya keçmək üçün 40 ildən çox vaxt sərf ediblər. Bu səbəbdən, vahid valyuta mövzusunu indi gündəmə gətirmək, məncə, hələ tezdir".

Firuzə Əliyeva 
Sfera.az 

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri