Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Türk dövlətlərinin müasir hədəflərindən biri

Türk dövlətlərinin müasir hədəflərindən biri

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq

Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni ratifikasiya edib. Sənəd TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin, saziş türk dövlətləri arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanların birləşdirilməsi kimi prioritetləri əks etdirir.

Qeyd edək ki, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq türk ölkələrinin müasir hədəflərindən biridir. 2024-cü ilin iyul ayında Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri də məhz qardaş ölkələrin elektron və rəqəmsal ticarət sistemlərinin vahid platformada birləşdirilməsidir. Bu məqsədlə türk dövlətləri qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensiala çatdırmaq üçün ticarətdə texniki maneələrin aradan qaldırılmasına çalışacaqlar. TDT ölkələri Bəyannamədə Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) hazırlanması niyyətini ifadə edib. Həmin sənədin tələblərindən irəli gələrək tərəflər öz səmərələşdirici təklifləri əsasında DEPA sazişinin yekun layihəsini hazırlayıb. 2024-cü ilin noyabrında Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində üzv dövlətlər arasında Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.

Azad Ticarət Rejiminin yaradılması

TDT ölkələrinin əsas prioritetlərdinən biri rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında  qarşılıqlı  ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutulur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Bu baxımdan DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

“Rəqəmsal İpək Yolu”

Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasıdır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hab”ı formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq. Ötən ilin noyabr ayında Özbəkistanda TDT ölkələri tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılması barədə razılıq əldə olunub ki, bu anlaşma “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Strategiyaya əsasən, Xəzərin dibi ilə “Trans-Xəzər” fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Bununla da “Digital Hab” sistemi də yaxın illərdə qlobal rəqəmsal ticarətin ən işlək və çevik həlqəsinə çevriləcək.

Türk İnvestisiya Fondu sərmayələri təşviq edir

TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu ötən il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.

Vahid ödəniş sistemi...

TDT-nin rəqəmsal iqtisadiyat quruculuğu ilə bağlı hədəflərindən biri də maliyyə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidır.

Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TİF-nun türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini birləşdirən və nümayiş etdirən struktur kimi vahid iqtisadi mərkəz olacağı şübhə doğurmur.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri