Icma.az
close
up
RU
Türk dünyası musiqisi: ortaq irsdən ümumi dəyərlərə

Türk dünyası musiqisi: ortaq irsdən ümumi dəyərlərə

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankarada keçirilən beynəlxalq elmi simpozium Türk xalqlarının musiqi irsinin öyrənilməsi, qorunması və müasir sənətdə yaşadılması ətrafında müxtəlif ölkələrin alim və ifaçılarını ortaq müzakirə ətrafına topladı.

Musiqi xalqların tarixini səslərdə yaşadır, onların dünyagörüşünü, duyğularını və mədəni yaddaşını nəsildən-nəslə ötürür. Türk dünyasının musiqi irsi bu baxımdan zəngin tədqiqat sahəsidir. Geniş coğrafiyada formalaşmış milli ənənələr ortaq tarixi kökləri əks etdirsə də, hər bir xalqın özünəməxsus yaradıcılıq və ifa təcrübəsini qoruyur. Bu irsin araşdırılması oxşarlıqları müəyyənləşdirməklə yanaşı, fərqlərin tarixi və mədəni mənasını da anlamağa imkan verir.

Oktyabrın 6-7-də Ankarada keçirilən “Türk dünyasında musiqi: ənənədən gələcəyə, lokaldan qlobala” beynəlxalq elmi simpoziumun əsas mövzusu məhz bu məsələlər idi. Atatürk Mədəniyyət Mərkəzinin himayəsi və Ankara Klubu Dərnəyinin təşkilatçılığı ilə təşkil olunan toplantının tərəfdaşları sırasında Hacəttəpə Universitetinin Ankara Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası da yer alırdı.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gələn musiqişünas, alim və ifaçıların iştirakı müxtəlif elmi yanaşmaların qarşılaşdırılması üçün əlverişli mühit yaratdı. Ankaranın 2026-cı ildə Türk dünyasının turizm paytaxtı elan olunması isə görüşə əlavə rəmzi məna qazandırdı.

Simpoziumun proqramı elmi iclaslarla məhdudlaşmırdı. Oktyabrın 5-də iştirakçılar Anıtkabiri və onun ərazisindəki muzeyi ziyarət edərək Türkiyə Respublikasının yaranma tarixi ilə tanış oldular. Həmin gün Ankara Klubu Dərnəyinin təşkil etdiyi, şəhərin tanınmış idmançılarının təltif olunmasını və yaradıcı kollektivlərin çıxışlarını əhatə edən bayram proqramına qatıldılar. Bu görüşlər qonaqlara Ankaranın ictimai və mədəni həyatını yaxından müşahidə etmək, elmi müzakirələr ərəfəsində bir-biri ilə ünsiyyət qurmaq imkanı yaratdı.

Oktyabrın 6-da Atatürk konfrans salonunda keçirilən açılış mərasimində elmi və mədəni əlaqələrin genişləndirilməsi əsas mövzulardan oldu. Atatürk Mədəniyyət Mədəniyyət Mərkəzinin rəhbəri Zəki Əraslan və Mətin Özaslan ortaq musiqi irsinin öyrənilməsində əməkdaşlığın, tarixi yaddaşın qorunmasında mədəni dialoqun əhəmiyyətini vurğuladılar. Professor Cenk Güray Türk dünyasının müxtəlif bölgələri arasında tarixi-mədəni əlaqələrin araşdırılmasında birgə elmi fəaliyyətin roluna diqqət çəkdi.

Azərbaycan heyəti adından çıxış edən Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə milli musiqi mədəniyyətlərinin ortaq qaynaqlarının öyrənilməsi, elmi əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin önəmini vurğuladılar. Gülnaz Abdullazadə Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin simpozium iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.

Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki, Avrasiya Beynəlxalq Universitetinin təsisçisi, professor Kubanıçbek Jumaliyev ənənəvi musiqinin sistemli şəkildə araşdırılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edən elmi mühitin yaradılmasının vacibliyini qeyd etdi. Qazaxıstanın Kurmanqazı adına Milli Konservatoriyasının professoru Saule Uteqaliyeva və Özbəkistan Dövlət Konservatoriyasının professoru Azatgül Taşmatovanın çıxışlarında da əməkdaşlığın davam etdirilməsinə maraq ifadə olundu.

Konsert proqramı elmi görüşə fərqli məzmun qatdı. Türkiyə, Özbəkistan və Azərbaycan musiqiçilərinin çıxışları milli ifa məktəblərinin rəngarəngliyini təqdim etdi. Kamança ifaçısı Mehri Əsədullayevanın çıxışı dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.

İki gün davam edən elmi iclaslarda türk xalqlarının musiqi mədəniyyətinin tarixi əsasları, janr xüsusiyyətləri, nəzəri problemləri və müasir inkişaf istiqamətləri müzakirə olundu. Gülnaz Abdullazadə, Roza Amanova, Abdullah Akat və digər alimlərin məruzələrində milli ənənələr arasındakı tarixi və tipoloji əlaqələrə diqqət yetirildi. Ortaq cəhətlərin milli xüsusiyyətlərlə birlikdə araşdırılması türk dünyasının musiqi mədəniyyətini daha dolğun anlamağın əsas yollarından biri kimi önə çıxdı.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ideyalarına müraciət müzakirələrə tarixi ölçü qazandırdı. Musiqi terminologiyasının formalaşması, milli anlayışların elmi izahı və müxtəlif ənənələr arasında müqayisə imkanları gələcək əməkdaşlıq baxımından mühüm istiqamətlər kimi qeyd olundu. Milli musiqi terminlərini və onların elmi təriflərini birləşdirən ortaq müqayisəli bazanın yaradılması da perspektivli təşəbbüs kimi irəli sürüldü.

Görüşün sonunda Qırğız Respublikasının Xalq artisti, professor, Ənənəvi mədəniyyət və incəsənət üzrə elmi-tədqiqat mərkəzinin direktoru Roza Amanovanın təşəbbüsü iləqəbul edilən qətnamə yeni peşəkar əlaqələr və ortaq tədqiqat maraqları isə gələcək layihələr, birgə nəşrlər üçün zəmin yaratdı.

Ankara simpoziumu göstərdi ki, Türk dünyasının musiqi irsini qorumaq onun yalnız keçmişini öyrənməklə məhdudlaşmır. Bu irsin yaşaması ifa təcrübəsinin davamına, elmi biliklərin paylaşılmasına və yeni yaradıcılıq axtarışlarına bağlıdır. Milli özünəməxsusluğa hörmətlə qurulan əməkdaşlıq hər bir ənənənin həm öz mühitində, həm də daha geniş mədəni məkanda inkişafına yol açır.

Türk dünyasının musiqisi keçmişdən gələn qiymətli miras olmaqla yanaşı, gələcəyi formalaşdıran canlı ünsiyyət məkanıdır. Ankara görüşündə bu məkan elmi fikir, sənət və qarşılıqlı anlaşma ilə zənginləşdi.

Könül NƏSİROVA,
Bakı Musiqi Akademiyasının kafedra müdiri, Əməkdar müəllim, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri