Icma.az
close
up
RU
Türk dünyası qlobal gücə çevrilir: G20 dəvəti təsadüf deyil ŞƏRH

Türk dünyası qlobal gücə çevrilir: G20 dəvəti təsadüf deyil ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azər Həsrət: “XXI əsr Türk əsridir, bunu ABŞ və Tramp da qəbul edir” Tramp həm İlham Əliyevə, həm də onun rəhbərlik etdiyi dövlətə xüsusi hörmətlə yanaşır və G20 Zirvə Görüşünə Azərbaycanın dəvət olunması da bununla bağlıdır

ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərini 2026-cı il G20 Liderlər Sammitinə şəxsi qonaq qismində dəvət etməsi türk dünyasının qlobal platformalarda artan siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilir. G20-nin üzvü olan Türkiyə ilə birlikdə sammitdə dörd türk dövlətinin təmsil olunması həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın beynəlxalq müstəvidə görünürlüğünü artırır, həm də regionun geosiyasi və iqtisadi əhəmiyyətinin yüksəldiyini nümayiş etdirir. Bu formatın türk dövlətləri arasında koordinasiyanın güclənməsinə və qlobal gündəmin mühüm məsələləri üzrə ortaq mövqelərin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyi gözlənilir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, G20 Liderlər Sammitinə qardaş Türkiyə ilə birlikdə digər üç türk dövlətinin liderinin dəvət olunması təkcə bu dövlətlərin ayrı-ayrılıqda dünya siyasətinə təsir imkanlarından xəbər vermir. Eyni zamanda, bu dörd dövlət arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən və real nəticələri olan, qlobal siyasətə təsir edən proseslər də burada mühüm rol oynayır:

“Yəni heç kim səbəbsiz yerə belə nüfuzlu tədbirə dəvət edilmir. Yaxud da bu qədər yüksək səviyyəli bir görüşə dəvət almır. Amerika Birləşmiş Ştatları ilə müqayisədə qardaş Türkiyənin özü də, Azərbaycan da kifayət qədər kiçik dövlətlərdir. Əslində, Azərbaycan kimi kiçik dövlətlərin sayı dünyada onlarla ölçülür və onların heç biri bu cür zirvə görüşlərinə dəvət edilmir. Bəs niyə məhz Azərbaycan? Ona görə ki, Azərbaycan kiçik olmasına baxmayaraq, dünya siyasətinə təsir imkanları olan dövlət kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri dünyanın hər yerində, o cümlədən Amerika Birləşmiş Ştatlarında artıq qəbul və etiraf olunur. Belə bir şəraitdə onun və digər türk dövlətləri liderlərinin G20 Zirvə Görüşünə dəvət edilməsi təsadüfi sayıla bilməz. Türk dünyasının artan rolu həm də türk dövlətlərinə rəhbərlik edən liderlərin artan nüfuzunu göstərir. Bu da istər-istəməz belə yüksək diqqəti qaçılmaz edir.Bu baxımdan mən düşünürəm ki, türk dövlətlərinin, Türk dünyasının beynəlxalq nüfuzu getdikcə daha da yüksələcək.

Analitik qeyd edib ki, Donald Trampın İlham Əliyevə münasibətinə gəlincə, bunu ayrıca şərh etməyə belə zərurət yoxdur: 

“Çünki bütün dünya bilir ki, Donald Tramp dünyanın müxtəlif yerlərində bir sıra siyasi liderlərlə çox yaxın münasibətlərə malikdir. Həmin siyasi liderlərdən, dövlət başçılarından biri də İlham Əliyevdir. Yəni faktiki olaraq Donald Tramp həm İlham Əliyevə, həm də onun rəhbərlik etdiyi dövlətə xüsusi hörmətlə yanaşır və G20 Zirvə Görüşünə Azərbaycanın dəvət olunması da bununla bağlıdır. Türk dövlətlərinin, Türk dünyasının artan rolu bir tərəfdən öz yerindədir, digər tərəfdən isə türk dövləti lideri kimi İlham Əliyevin şəxsi keyfiyyətlərinin nəzərə alınması da mühüm amildir. Mən düşünürəm ki, belə yüksək səviyyəli tədbirdə iştirak etməklə Türk Dövlətləri Təşkilatının üzvləri olan qardaş Qazaxıstan, qardaş Özbəkistan, qardaş Türkiyə və əlbəttə ki, Azərbaycan dünyaya yeni bir mesaj vermiş olacaqlar. Onların bu qədər yüksək səviyyədə qəbul olunması, dəvət edilməsi və bunun bütün dünyaya nümayiş etdirilməsi istər-istəməz dünyanın türk dövlətlərinə, TDT-yə münasibətinin müsbət istiqamətdə dəyişməsinə əlavə təkan verəcək. Yəni XXI əsr Türk əsridir və Donald Tramp da, ABŞ də, eləcə də G20-yə üzv olan dövlətlərin hər biri də bunu qəbul edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri