Türk Dünyasının Həmrəylik Gününə həsr olunmuş “Birlik ruhu” konserti keçirilib
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mayın 3-də qeyd olunan Türk Dünyasının Həmrəylik Gününə həsr olunmuş “Birlik ruhu” adlı möhtəşəm konsert olub.
AZƏRTAC xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova çıxış edərək fondun fəaliyyətindən ətraflı danışıb, həmçinin konsertin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Səhnədə dirijorlar Yalçın Adıgözəlov və Kanat Ömərovun (Qazaxıstan) rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri və “Turan” etno-folklor ansamblı çıxış edib.
Konsertdə türk xalqlarının musiqi irsinin zənginliyini, mənəvi birliyini əks etdirən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan xalq mahnıları və bəstəkarların əsərləri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 May 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















