Icma.az
close
up
RU
Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar

Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Özbəkistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də iyulun 2-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin ən yüksək səviyyədə olduğunun göstəricisidir.Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Özbəkistan Respublikasının Prezidentinin Azərbaycana etdiyi rəsmi dövlət səfəri dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir, eyni zamanda Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır.
İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bunun nəticəsində qardaş ölkələr arasında təşəkkül tapmış strateji tərəfdaşlıq günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Bunun nəticəsidir ki, səfərin əsas mahiyyətinə strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər, Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfədir.
Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi. Qürurvericidir ki, Özbəkistan lideri öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən dünyada ilk lider olub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına Mirzə Uluqbəyin adını daşıyan böyük məktəb binası inşa olunub. Bu gün Xankəndidə 200-dən çox insanın çalışdığı müəssisə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində fəaliyyət göstərir. Qeyd etdiklərimiz iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrinin hərtərəfli inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərməsinin bariz nümunəsidir.
Eyni soy-kökə, qədim tarixə və ortaq mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistanda Azərbaycan kapitallı 240-dan çox, Azərbaycanda isə 70-ə yaxın Özbəkistan şirkəti fəaliyyət göstərir. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonuna iki ölkə arasında ticarət dövriyyəsi 430 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 3,5 dəfə çoxdur. Hər iki ölkə 2030-cu ilə qədər 1 milyard dollara çatmağı hədəfləyir. Sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində başlanmış irimiqyaslı layihələri nəzərə alsaq, bu məqsəd kifayət qədər realdır.
Xəzər dənizi vasitəsilə Azərbaycana və daha da qərbə gedən Mərkəzi Asiyanın nəqliyyat infrastrukturunun mühüm əhəmiyyətini qeyd etməmək olmaz. Azərbaycan Prezidenti də bunu vurğulayaraq, ölkəmizin tranzit körpüsü kimi əsas rolunu qeyd etdi. Bununla yanaşı, Qazaxıstan-Özbəkistan-Azərbaycan marşrutu üzrə “yaşıl” hidrogenin hasilatı və ixracı layihəsinin hazırlanması davam etdirilir. Bu, regionun Avropa və Yaxın Şərq üçün ekoloji cəhətdən təmiz enerjinin əsas təchizatçılarından birinə çevrilməsi istiqamətində ciddi addımdır. Əməkdaşlığın mühüm elementi həm də SOCAR və Özbəkneftqazın qarşılıqlı fəaliyyəti, o cümlədən Ustyurt bölgəsində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsidir. Yuxarıda göstərilən bütün məqamlar Özbəkistan və Azərbaycan xalqları arasında qardaşlığın sarsılmaz olduğunu inandırıcı şəkildə nümayiş etdirir. Liderlər arasında dərin qarşılıqlı anlaşmaya əsaslanan dövlətlərarası münasibətlərin xüsusi formatı isə bütün dünya üçün nümunədir. Beləliklə, Mirziyoyevin Bakıya səfərinin nəticələri və Ali Dövlətlərarası Şuranın iclası Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, bu yaxınlarda Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirildi.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Özbəkistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.

Anar Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri