Icma.az
close
up
RU
Türk dünyasının mədəniyyət paytaxtında 100 min nəfərin iştirakı ilə möhtəşəm açılış mərasimi FOTOLAR

Türk dünyasının mədəniyyət paytaxtında 100 min nəfərin iştirakı ilə möhtəşəm açılış mərasimi FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aktau şəhərində 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə möhtəşəm qala-konsert keçirilib. SİA xəbər verir ki, bu əlamətdar tədbiri izləyənlərin sayı təxminən 100 min nəfər olub.

Tədbirin açılış mərasimində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib.

Dövlət başçısının müraciətində deyilir: “Tarixi Manqıstau torpaqları və zəngin Üstyurt bölgəsi türk sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Bu müqəddəs torpaq xalqımızın və bütün türk dünyasının əsrlər boyu formalaşmış mənəvi irsini qoruyub saxlayır. Ənənələri və tarixi ortaq olan xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi bizim ümumi vəzifəmizdir”.

Gecə 600 dronun iştirakı ilə möhtəşəm işıq şousu nümayiş etdirilib. Dronlar eyni anda səmaya qalxaraq qu quşları, sayqaklar, günəş, ay, qobız musiqi aləti, eləcə də ox və yay fiqurlarını canlandırıblar.

Bununla yanaşı, Qazaxıstanın Dövlət Bayrağının görüntüsü və “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” sözləri səma üzərində canlandırılıb.

Tədbir çərçivəsində müxtəlif türk xalqlarının nümayəndələri öz milli musiqi alətlərində ifalar təqdim edib, milli geyimlərdə ənənəvi rəqslər nümayiş etdiriblər.

Səhnədə türk dünyasının məşhur ulduzları çıxış ediblər.

Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış ediblər.

Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Aprel 2025 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri