Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türk dünyasının münasibətlərində mühüm bir mərhələ

Türk dünyasının münasibətlərində mühüm bir mərhələ

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şuşa Forumunda rəqabət sahəsində strateji fəaliyyət prioritetləri müəyyənləşdirilib

2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) qısa zamanda regional aktordan uğurlu qlobal təsisata transformasiya olunmaqdadır.  Azərbaycan təşkilatın bütün inkişaf mərhələlərində yüksəksəviyyəli fəaliyyəti ilə seçilib - qurumun institusional təşkilatlanmasında, funksionallığının artmasında fəal rol oynayıb və hazırda da öz missiyasını davam etdirməkdədir. O cümlədən TDT tarixində ilk qeyri-formal Zirvə görüşü məhz azad Şuşada baş tutub.

Bu günlərdə isə Şuşada Türk Dövlətləri Təşkiltının daha bir mötəbər tədbiri - üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin Forumu  keçirilib.Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri Birgə Kommünike imzalayıblar. Verilən məlumata əsasən, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən olunmasını əhatə edir.

Genişlənən iqtisadi əlaqələr və artan qarşılıqlı ticarət dövriyyəsi

Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir. Türk dövlətləri böyük coğrafiya ilə yanaşı, həm də böyük iqtisadiyyatdır. 2025-ci ildə Türk dövlətlərinin ümumi ÜDM-i 2,11 trilyon dollar təşkil edib və bu, qlobal iqtisadiyyatın təxminən 2 faizinə bərabər olub. Əhalinin sayı isə 178,8 milyon nəfərlə dünya əhalisinin 2,8 faizini təşkil edib.

Ötən il qlobal iqtisadi artım 3,2 faiz olduğu halda, Türk dövlətlərində bu göstərici 5,2 faiz təşkil edib. Ticarət dövriyyəsi isə 1,12 trilyon dollara çataraq qlobal ticarətin 3,6 faizini təşkil edib. Türkiyə 638,7 milyard dollar ilə ən yüksək ticarət həcminə malik olub. Bütövlükdə, Türk dövlətlərinin iqtisadi potensialının artdığı və qlobal iqtisadiyyatda rolunun gücləndiyi müşahidə  edilir.

Güclü iqtisadi potensiala malik Azərbaycan Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə davamlı töhfələr verir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Azərbaycan TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini ölkənin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə jurnalistlərə açıqlamasında Şuşa Forumunun önəminə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, keçirilən tədbir Türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir. Bildirib ki, Şuşa Forumunda qəbul olunan Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək.

Yeni əməkdaşlıq istiqamətlərı

İndiyədək TDT-na daxil olan ölkələr arasında bir sıra istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı ticarəti asanlaşdırmaq üçün koordinasiyalı fəaliyyətlər təmin olunub. Məsələn,  Türk Dövlətləri Təşkilatı hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində önəmli addım hesab olunur və bu addım sayəsində TDT hökumətləri arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə edilir.

Eləcə də 2023-cü il martın 16-da Ankara şəhərində “Türk İnvestisiya Fondunun yaradılması haqqında” saziş imzalanıb. Prezident İlham Əliyev bəhs olunan sazişin Azərbaycan tərəfindən təsdiq edilməsi haqqında Qanunu 30 may 2023-cü il tarixində imzalayıb. Nizamnamə kapitalı 600 milyon dollar həcmində olan Türk İnvestisiya Fondu hazırda altı üzv dövlətdən ibarətdir. Üzv dövlətlər Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistandır. Fond Türk dövlətləri tərəfindən təsis edilmiş ilk və əsas birgə maliyyə institutudur və Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin iqtisadi potensialını səfərbər edərək, onların arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək və birgə layihələri həyata keçirmək məqsədi daşıyır. Fondun dəstəkləməsi üçün kənd təsərrüfatı, logistika və nəqliyyat, enerji səmərəliliyi, bərpa olunan və alternativ enerji mənbələri, istehsalla bağlı sənaye layihələri, informasiya və kommunikasiya texnologiyaları, turizm, infrastruktur inkişaf layihələri, insan inkişafı, yaradıcı sənaye, startap layihələri, gənc sahibkarların dəstəklənməsi, təbii və şəhər mühiti planları prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Tədbirdə Türkiyənin rəqabət siyasəti sahəsində qazandığı təcrübə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlər üçün faydalı hesab olunduğuna diqqət çəkilib. Mütəxəssislərin qənaətinə görə, TDT-yə üzv ölkələrin böyük hissəsi müstəqilliyini nisbətən yaxın dövrdə qazandığı üçün rəqabət siyasəti sahəsində müxtəlif inkişaf pillələrindədirlər. Yekdil fikir belə olub ki, Türkiyə bu istiqamətdə daha geniş təcrübəyə sahibdir. Bu təcrübə Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətlidir. Əsas hədəf bütün üzv ölkələrin birgə inkişafını təmin etməkdir.

Birgə araşdırmaların aparılması gündəmdə

Tədbirdə həmçinin üzv dövlətlərin rəqabət qurumları arasında birgə araşdırmaların aparılması məsələsi də gündəmə gətirilib. Bu barədə Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle öz fikirlərini açıqlayıb.

O bildirib ki, rəqabət sahəsində nəzəri diskussiyalardan əməli əməkdaşlığa keçid zərurətə çevrilib. Fikirlərinə davam edən qurum rəsmisi vurğulayıb: “Rəqabətin üstünlükləri ilə əlaqədar çoxsaylı nəzəri tədqiqatlar aparılıb. Artıq nəzəri müzakirələri geridə qoyaraq praktik tətbiqlərə yönəlməliyik. Bu, rəqabət qurumlarının birgə fəaliyyət göstərərək ortaq layihələr reallaşdırması, ümumi problemlərə qarşı vahid həll yolları işləyib hazırlaması və müştərək sektor araşdırmaları aparması anlamına gəlir”.

Hazırda qloballaşan dünyada rəqabət siyasəti sahəsində ortaya çıxan problemlər artıq müəyyən regionlarla hüdudlanmır və bir sıra ölkələr eyni tipli çağırışlarla qarşılaşır. “Bu səbəbdən, TDT dövlətlərinin rəqabət qurumlarının birgə fəaliyyət göstərməsi həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyətli nəticələr ortaya qoya bilər”, - deyə Birol Küle bildirib.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri