Icma.az
close
up
RU
Türk dünyasının qəlbi yenidən Bakıda döyündü

Türk dünyasının qəlbi yenidən Bakıda döyündü

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ötən həftə Türk dünyasının qəlbi iki fərqli ünvanda, Türküstan və Bakıda döyünürdü. Birincidə Türk coğrafiyasının liderləri, ikincidə isə vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gəlmişdi. Məkanlar fərqli olsa da, hər iki toplantı Türk dünyasının birliyinin, inteqrasiyasının sürətləndirilməsinə xidmət edirdi. Eyni zamanda bu istiqamətdə qarşıya qoyulan yeni hədəfləri, məqsəd və vəzifələri müəyyənləşdirirdi.
Günümüzdə Türk Dövlətləri Təşkilatının əsas prioritetlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, eyni zamanda təhlükəsizlik, rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsidir ki, TDT-nin zirvə görüşündə də bu məsələlər ön planda oldu. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də zirvə görüşündə dediyi kimi bunlar Azərbaycanın əsas vəzifələrindən biridir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Qeyd etdiyimiz kimi ötən həftə Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addımlardan biri də Bakıda atıldı, Azərbaycanın paytaxtında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirildi. Ümumiyyətlə, Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biri kimi təşkilat daxilində mühüm rol oynayır. Ölkənin geostrateji mövqeyi, enerji resursları və nəqliyyat imkanları Türk dünyasının inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir sıra regional layihələr Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Xüsusilə Zəngəzur dəhlizi layihəsi Türk dünyasının coğrafi bağlılığını gücləndirə biləcək mühüm təşəbbüslərdən biri hesab olunur. Bu layihənin reallaşması Türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da intensivləşməsinə səbəb ola bilər.
Azərbaycanın Türk dünyası ilə bağlı siyasətində yalnız iqtisadi və siyasi maraqlar deyil, həm də ortaq milli-mədəni dəyərlərin qorunması mühüm yer tutur. Bu sırada vətəndaş cəmiyyətinin rolu ön plana keçir.

Forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları təşkil olundu.
Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu panelində moderator, Azərbaycalıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri olaraq çıxış edərək qeyd etdim ki, bir vaxtlar QHT-lər istər Azərbaycan həqiqətlərinin, istərsə də Şimali Kiprin problemlərinin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul idisə, artıq bu gün Qarabağ problemi həll olunsa da, növbəti mərhələdə qarşımızda duran problemlərdən biri Şimali Kiprin beynəlxalq hüquq müstəvisində hüquqlarının tanınmasıdır.
Türkdilli xalqlar hər biri öz ləhcəsində danışsalar da, hazırda üzərində işlənilən ortaq türk dilinin tezliklə yaranmasının zəruri olması belə beynəlxalq tədbirlərin keçirilməsində daha çox hiss olunur.

Bu gün artıq ortaq Türk dili qurumu yaranıb. YUNESKO tərəfindən Türk Dili Günü rəsmi tanınıb, qeyd olunur. Bu bizim dilimizin də beynəlxalq müstəvidə qəbul olunması deməkdir. Tam zamanıdır ki, yavru vətən dediyimiz Kuzey Kipr sonucda böyüyüb tam hüquqlu bir tərəfdaş kimi TDT-yə qoşulsun. Azərbaycan və Şimali Kipr arasında QHT əməkdaşlığı həm regional həmrəyliyin gücləndirilməsi, həm də ortaq dəyərlərin beynəlxalq platformalarda təbliği baxımından önəmlidir.
Rəqəmsal transformasiya müasir dövrümüzün əsas inkişaf istiqamətlərindən biridir. Bu proses qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də ciddi təsir göstərir və yeni əməkdaşlıq imkanları yaradır. Rəqəmsal platformalar vasitəsilə QHT-lər daha geniş auditoriyaya çıxa bilir, beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirir və layihələrin idarə olunmasını daha səmərəli həyata keçirirlər. Onlayn təlimlər, yığıncaqlar, virtual forumlar vətəndaş iştirakçılığını artırır. Azərbaycan və Şimali Kipr QHT-ləri arasında rəqəmsal əməkdaşlığın inkişafı ortaq layihələrin həyata keçirilməsini sürətləndirə bilər. Eyni zamanda məlumatların qorunması və rəqəmsal etik məsələlər də hər zaman diqqət mərkəzində olmalıdır.

Türküstan zirvəsində və Bakıda keçirilən forumda verilən mesajlar göstərdi ki, türk dövlətləri ortaq xarici siyasət koordinasiyasını artırmağa, beynəlxalq platformalarda qarşılıqlı dəstək mexanizmləri yaratmağa, türk dünyasının kollektiv siyasi nüfuzunu gücləndirməyə çalışırlar. Bu isə gələcəkdə Şimali Kipr məsələsində daha koordinasiyalı diplomatik addımların atılmasına imkanlar yaradacaq.
İlham İsmayılov
ATXƏM sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 May 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri