Icma.az
close
up
RU
Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi yol bu gün daha da təkmilləşib və balanslaşlaşdırılmış şəkildə inkişaf etdirilir. Ölkənin xarici siyasəti Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək çoxşaxəli xarakter alıb və coğrafi baxımdan əhəmiyyətli dərəcədə genişlənib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

Mehmet Yüce deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövrün şərtlərinə uyğun olaraq müxtəlif prioritetlər və xarakteristikalar daşıyan xarici siyasət yürüdüb. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olub. Bu dövrdə Azərbaycan həm Rusiya ilə Qərb bloku arasında, həm də qonşuları ilə balanslaşdırılmış siyasət yürütməyə başlayıb. Bu, ölkənin rəsmi siyasətinə çevrilərək bugünədək davam edən əsas siyasi xətti olub.

Ümummili Liderin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasət prinsipləri haqqında danışan müsahib vurğulayıb ki, bunların əsasını, ilk növbədə, Qarabağ probleminin beynəlxalq hüquqa uyğun həlli təşkil edib. Həmçinin Azərbaycanın bütün ölkələrlə sülh şəraitində yaşaması, problemlərinin həllinə güc tətbiq etmədən nail olması, digər ölkələrin daxili işlərinə qarışmaması, bütün dövlətlərlə birbaşa diplomatik əlaqələr qurması və beynəlxalq təşkilatlarda təmsil olunması bu prinsiplər sırasında yer alıb.

Professor bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi yol bu gün uğurla davam etdirilir. “44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi, siyasi baxımdan əsas aktor kimi bölgənin siyasi sabitliyinin təmin olunmasında böyük məsuliyyətləri üzərinə götürüb və beynəlxalq aləmdə regional sülh üçün təşəbbüs göstərən ölkəyə çevrilib. Bu çərçivədə Azərbaycanın xarici siyasət prioritetlərini İkinci Qarabağ müharibəsindən əvvəl və sonra olmaqla, iki mərhələdə təhlil etməliyik. Belə ki, Vətən müharibəsindən əvvəl Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında Qarabağın Ermənistan tərəfindən işğalını beynəlxalq platformalarda gündəmdə saxlamaq və işğal altındakı torpaqları azad etmək xüsusi yer tuturdu. Müharibədən sonra isə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyinin təmin edilməsi, Ermənistanla sərhəd məsələlərinin həlli, regionda sülh və sabitliyin bərqərar olunması prioritetə çevrilib”, - deyə o diqqətə çatdırıb.

Azərbaycanın Qarabağın işğaldan azad olunması prosesini hərbi-diplomatik yolla uğurla idarə etdiyini vurğulayan professor deyib: “Azərbaycan 30 il ərzində çoxşaxəli diplomatik səylər göstərib, beynəlxalq təşkilatlar səviyyəsində haqqını sübut etməyə çalışıb. Nəticədə BMT səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyən dörd qətnamə qəbul etdirildi. Həmçinin Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanın haqlı mövqeyinin sübut olunmasına çalışıldı. Lakin diplomatik səylərə baxmayaraq, məsələ ilə bağlı real irəliləyiş əldə edilmədi. Buna görə də Azərbaycan öz gücünə ədaləti bərpa etmək məcburiyyətində qaldı”.

Mehmet Yüce qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan mülki insanları hədəfə almayıb, müharibəni işğal olunmuş ərazilərində ədalətli şəkildə aparıb. Qələbədən sonra isə Ermənistanla normallaşma prosesinə start verib, beynəlxalq arenada çoxşaxəli və fəal siyasət yürüdərək, regional, eləcə də qlobal problemlərin həllində güclü rol oynamağa başlayıb. Beləliklə, Azərbaycan həm milli maraqlarını qoruyub, həm də dünya ilə sağlam, balanslı və güclü münasibətlər qurmağa çalışıb. Buna nail olduğu da göz qabağındadır. Başqa sözlə desək, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasət prioriteti dəyişərək “işğalın bitirilməsi” məqsədindən “regionda iqtisadi canlanmanın təmin olunması” istiqamətinə yönəlib. “Vətən müharibəsində Qələbə qazandıqdan sonra Azərbaycan yeni regional mövqeyini gücləndirərək qlobal siyasi-iqtisadi məkanda güclü aktora çevrilmək məqsədini ön plana çəkdi. Bu çərçivədə təbii ki, ölkənin xarici siyasət prioritetləri də dəyişdi. Bunlara Zəngəzur dəhlizinin açılması, Ermənistanla münasibətlərin normallaşdırılması və sərhəd məsələlərinin həlli, regionda sülhün və sabitliyin təmin olunması daxil edildi. Eyni zamanda, Cənubi Qafqazda dayanıqlı inkişafın təşviqi, beynəlxalq aləmdə nüfuzlu və təşəbbüskar bir dövlətə çevrilmək, enerji təhlükəsizliyi və enerji nəqlinin təmin edilməsi, çoxşaxəli xarici siyasət yürüdərək beynəlxalq inkişaf proseslərinə töhfə vermək kimi məsələlər bu sırada yer aldı”, - deyə professor bildirib.

Zəngəzur dəhlizinin açılması məsələsinə toxunan M. Yüce qeyd edib ki, bu layihənin reallaşması ilə təxminən 30 il bağlı qalan iqtisadi və nəqliyyat yolları açılacaq. Bu da bölgə üçün yeni imkanlar yaradır. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin əsas marşrutlarından biri, hətta ən vacib hissədir. “Bu dəhliz Türkiyədən başlayaraq Qafqaza, buradan Xəzər dənizini keçərək Çinə qədər uzanan Orta Dəhliz layihəsinin yenidən canlandırılması baxımından mühüm rol oynayır. Bu, həmçinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr üçün əhəmiyyətli fürsətlər yaratmaqla yanaşı, Avropa-Çin ticarət xəttində iqtisadi gəlir əldə etməyə imkan verir. Bu marşrutun tam gücü ilə işləməsi üçün Azərbaycan ciddi səylər göstərir. Bir sözlə desək, Azərbaycan müharibədən sonrakı dövrdə yaranan yeni geostrateji vəziyyətdən maksimum istifadə edərək iqtisadi və nəqliyyat imkanlarını reallaşdırmağa çalışır. Bu yeni vəziyyət isə enerji təhlükəsizliyi və səmərəliliyi baxımından təkcə regionumuz deyil, digər bölgələr üçün də əlavə imkanlar yaradır”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri