Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

“Türk qambiti”: Ankara Suriyada oyunun qaydalarını dəyişdi

“Türk qambiti”: Ankara Suriyada oyunun qaydalarını dəyişdi

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankaranın Yaxın Şərqi dizayn edən səssiz, lakin hədəfə hesablanmış diplomatiyası növbəti dəfə beynəlxalq aləmdə ciddi rezonans doğurdu. 2024-cü ilin sonlarında Suriya böhranının həlli istiqamətində həyata keçirilən sürətli və görünməz diplomatik gedişlər hansı effekti vermişdisə, son günlərdə YPG/SDG qüvvələrinə qarşı aparılan hərbi-siyasi əməliyyatlar da eyni dərəcədə sarsıdıcı nəticə ortaya qoydu.

Faktiki olaraq, Suriyada uzun illərdir mövcud olan və YPG/SDG-nin kvazi-dövlət kimi fəaliyyət göstərməsinə imkan yaradan “boz zona” çökdü. Bu çöküş təkcə hərbi müstəvidə deyil, siyasi, etnik və geosiyasi balanslarda da ciddi dəyişikliklərə səbəb oldu.

Boz kəmərin dağılması və inteqrasiyaya məcburiyyət
Yaranmış yeni reallıq YPG/SDG qüvvələrini Suriya siyasi rəhbərliyi ilə 14 maddəlik inteqrasiya sazişi imzalamağa məcbur etdi. Razılaşmaya əsasən YPG/SDG silahlı birləşmələri Suriya ordusuna tam inteqrasiya olunur; bütün sərhəd-keçid məntəqələri, neft və təbii qaz yataqları Dəməşqin nəzarətinə keçir; Suriya dövlətinin mərkəzləşmiş idarəetmə modeli bütün ölkə ərazisinə şamil edilir.

Sazişdən dərhal sonra Suriya hökumətinin atəşkəs elan etməsi prosesin hərbi deyil, strateji-siyasi mərhələyə keçdiyini göstərdi. Prezident Əhməd Şaranın “Suriya vahid dövlətdir və qərar qəbuletmə mərkəzi birdir” mesajı isə muxtariyyət cəhdlərinin siyasi olaraq bağlandığının açıq bəyanı oldu.

Hərbi amil: Fərat xətti və strateji üstünlük
Prosesin hərbi tərəfi xüsusilə diqqətəlayiqdir. Hələbin kürd rayonlarının itirilməsindən sonra hökumət qüvvələrinin Tabqa və Fərat çayı üzərindəki əsas bəndlərə nəzarəti ələ keçirməsi müharibənin taleyini dəyişdi.
Fərat- Suriyanın  bütövlüyünə gedən yolun “açarıdır”. Su, elektrik enerjisi və logistika üzərində nəzarət həm cəbhə xəttini, həm də arxa təminatı idarə etmək deməkdir. Bu üstünlüyün itirilməsi SDG üçün hərbi müqaviməti ciddi şəkildə zəiflətdi.

Siyasi-etnik faktor: periferik idarəetmənin süqutu
SDG üçün artilleriyadan daha təhlükəli olan məhz siyasi-etnik amil oldu. Kürd administrasiyasının kürdlərin çoxluq təşkil etmədiyi əraziləri idarə etməsi yerli narazılığı dərinləşdirdi.
ABŞ-ın əvvəlki kimi açıq hərbi dəstək göstərməməsi fonunda ərəb qəbilələrinin silahlı qrupları ayağa qalxdı, Deyr əz-Zor ətrafındakı neft yataqları itirildi, üsyanlar Rakkaya qədər yayıldı. Bu isə klassik ssenaridir: əvvəl iqtisadi resurslar əldən çıxır, sonra idarə olunan ərazilərdə zəncirvari üsyanlar başlayır.

Geosiyasi dönüş: Vaşinqtonun geri çəkilməsi
Ən həlledici məqam ABŞ-ın mövqeyindəki dəyişiklikdir. Vaşinqton artıq SDG üçün döyüş meydanına müdaxilə etmir, yalnız gərginliyin azaldılması çağırışları ilə kifayətlənir. Bu isə açıq mesajdır: ABŞ çətiri altında kürd muxtariyyəti dövrü başa çatır.
Dəməşq və Ankara üçün isə bu nadir fürsət pəncərəsidir. Vaşinqton kürd layihəsi üçün resurs və nüfuz itkisini ödəməyə hazır olmadığı müddətdə bu strukturun dağıdılması mümkündür.

Türkiyə faktoru: təhlükəsizlik və “Terrorsuz Türkiyə” strategiyası
Türkiyə üçün SDG-nin sərhəd boyu mövcudluğu birbaşa milli təhlükəsizlik təhdididir. Bu səbəbdən Ankara üçün Dəməşqlə koordinasiyalı hərəkət strateji baxımdan qaçılmaz idi.
Məqsəd aydındır: SDG-nin hərbi infrastrukturunu sıradan çıxarmaq; Türkiyəyə qarşı potensial tramplin rolunu oynayan dəhlizlərə nəzarəti bərpa etmək.
Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı bu siyasətin siyasi çərçivəsini açıq şəkildə ortaya qoydu. Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə və terrorizmdən tam təmizlənməsinə verdiyi dəstək Ankaranın geri addım atmayacağını göstərir.

Risklər və Ankara ssenariləri
Ankara eyni zamanda prosesin risklərini də nəzərə alır. SDG-nin nəzarətində olan ərazilərdə İŞİD üzvlərinin saxlanıldığı həbsxanalar potensial “partlayış nöqtəsi”dir. Nəzarət boşluğu yaranarsa, terror şəbəkələrinin yenidən aktivləşməsi ehtimalı mövcuddur.
Məhz buna görə Türkiyə prosesi diqqətlə izləyir və mümkün ssenarilərə uyğun adekvat addımlar atır.

 “Türk qambiti” və Yaxın Şərqin yeni reallığı
Baş verənlər bir daha göstərir ki, hərb-diplomatiya sintezində “türk qambiti” artıq regional siyasətin effektiv alətinə çevrilib. Ankara nəinki “Terrorsuz Türkiyə” strategiyasını mərhələli şəkildə reallaşdırır, həm də Yaxın Şərqin yenidən dizaynının Türkiyəsiz mümkün olmadığını sübut edir.
Bu, təkcə Suriyada əldə edilən taktiki uğur deyil, eyni zamanda  Ankaranın regional güc statusunun strateji təsdiqidir.
 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri