Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Türk Tatar və Aral Ural arxeologiyası tarixi zənginlikləri özündə yaşadır

Türk Tatar və Aral Ural arxeologiyası tarixi zənginlikləri özündə yaşadır

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

“Türk dünyası coğrafiyası”nın tarixindən...

Türkdilli xalqların dövlət quruculuğundan əvvəl etnocoğrafi məkan yerləşməsi, böyük ərazilər üzrə yayılması Altay ailəsi tərkibində müxtəlif etnogenetik və etnomorfoloji qolları birləşdirməklə minillikllər ərzində Dünyanın ən böyük Quru Hissələrində (Amerika qitəsi və Avrasiya materiki) Təkamül və Təbəddülat mərhələlərini keçmişdir. Kökənli məskunlaşma ərazilərinin coğrafi hüdudlarının dəyişilməsi təbii ki, Böyük Köç və ya qəbilə-tayfa İttifaqlarının (Bəyaz-Göy-SarıTürklər,Hun-Sak-Quz-İskit-Biçənək..qövmləri...) yerdəyişmə Yollarının kəsişən şəbəkələri daxilində baş vermiş, ayrı-ayrı minilliklərdə bir-birini əvəz edən Sivilizasiya ocaqlarına (Astek-Maya, Orxon-Yenisey, Altay-Ural, Anadolu-İkiçayarası, Qara-Xəzər dənizləri hövzəsi, Tanrı Dağı-Turan düzü...) çevrilmişdir. Ümumi mənzərənin altşüurunda tarixi, coğrafi və filoloji məzmunlu zənginlik hələ də bütünlüklə hərtətəfli fundamental, elmi-nəzəri qiymətləndirməsini tapmasa da, bu sahədə erkən Orta əsrlərdən başlayaraq kifayət qədər mükəmməl tarixi, coğrafi, arxeoloji, linqvistik, etnoqrafik...məlumatlar toplanılmışdır ki, protoTürk və müasir Türk xalqlarının/dillərinin kökənliyi təsbit/təsdiq olunmuşdur. İlk növbədə arxeoloji mənbələr və linqivistik təhlillər bu sahədə açar rolunu oynamışdır. Uzaq Tarixi keçmişdə və Coğrafi mərhələlərdə “Türk dünyası coğrafiyası”na məxsus əraziləırin hüdudlarında yaranmış İntibah mərkəzləri də (Yunan-Roma, Babil-Şumer, Hind-Çin...) Türk xalqlarının bütövlüyünün qorunub saxlanılmasına səbəb olmuş, təsir göstərmiş, nəticədə aşağıdakı Təkamül və Təbəddülat ocaqları yaranmışdır: 1. Kordilyer-And qurşağı; 2. Uzaq Şərq və Lena çayı hövzəsi; 3. Xunaxe çayı və Altay dağlıq qurşağı; 4. Ob və Yenisey çayları əhatəsi; 5. Şərqi Avropa düzənliyi və Ural dağları silsiləsi (Ağ və Qara dəniz sahilləri); 6. Turfan düzü, Amu və Sır-Dərya çayları və Çöl Türklərinin əraziləri; 7. Qara və Xəzər dənizi boyunca Anadolu yaylasına və İkiçayarasınadək əraziləri əhatə edən bölgə; “Türk dünyası coğrafiyası”nın etimoloji mənşəyində məkan eyniliyini təsdiq edən amil qeyd edilən coğrafi hüdudlarda İntibah mədəniyyəti tarixinin e.ə. X minillikdən üzü bəri mərhələlərlə bir-birini əvəz etməsi barədə dünya çapında yer alan sənədli-xronoloji bilgilərin olması, N.N.Alekseyev (1879-1964), L.P.Karsavin (1882-1952), Q.V.Vernadski (1887-1973), N.S.Truybeskoy (1890-1938), P.N.Savitski (1895-1968), R.O.Yakobson (1896-1982), Ç.C.Star (1914-1999)...kimi dünya miqyaslı tarixçi-filosof və dilçilərində işləyib hazırladıqları “Avrasiya nəzəriyyəsi”nin meydana çıxmasıdır. Etimoloji prinsiplərdən doğan morfomədəni, tarixi irs, dini-sakral dəyərlərin üzvi bağlılığı, tarixi gələnəklərin ailə-dil, yurd-ocaq, qəbilə-tayfa İttifaqı, dövlət sistemi, milli-mənəvi bütövlük...halında qorunub saxlanılması Türkdilli xalqların minilliklərlə formalaşmış təməlini yaratmış, ümumi meyarların sistemini təşkil və hüdudsuz coğrafiyanı tarixi zənginliyi ilə əhatə etmişdir. “Avrasiya nəzəriyyəsi” Çöl Təkamül/Təbəddülat mərhələlərinin tarixi-coğrafi inkişafını rus mədəniyyəti, dünyadərki və dünyəvi baxışı kontekstində qəbul etsə də, əslində, bu nəzəriyyənin məkan və etnogenetik təməl prinsipləri Türk xalq birliyi və dövlətçiliyi tarixini özündə birləşdirir, konsepsiyanın yenilənməsi zəruriliyini ortaya çıxarır. Heç bir halda minilliklərlə Avrasiya materikində Yaranma və Təkamül tarixinə malik olan Türk xalqları Təşəkkülünü rus etnosunun adına çıxmaq fundamental elmi-nəzəriyyə baxımından düzgün sayıla bilməz.. Bu böyük Quru Hissəsi hüdudlarında Üst Daş və Tunc dövrləri ərzində yaranmış cəmiyyət, mədəniyyət, ictimai münasibətlər...daha çox protoTürk və Türk dilləri (müxtəlif semantik ilkinliyi nəzərə alınmaqla) üzərində formalaşması arxeoloji və linqivistik dəyərlərlə sübuta yetmişdir: -Saxa/Sak diyarı və Yenu Su/Yenisey çayı hövzəsində erkən Poleolit dövrü sivilizasiyası-Imıyaxtax mədəniyyəti (100 min illik tarixə malik); -Cənubi Sibirin Min Su hövzəsinin (Yeni Su/Yenisey çayının sol qolu olan Abakan çayı/Böyük Su yatağı hissəsində), qədim Sakların yurdu-ocağı olmuş müasir Xakasiya Respublikasının (paytaxtı Abakan şəhəri) uluslarında tapılan əski heykəltaraşlıq nümunələrinin yaşı 5 min ildən çoxdur (Min Su vadisinin uzunluğu 300 km, eni 150 km-ə çatır) və ədəbiyyatda “Okunav mədəniyyəti mərhələsi” adlanır. Ulu Tanrı/Alatau və Sayın/Sayan dağlıq qurşaqları daxilində geniş dağ çöllərində dağ sütunlar üzərində naxışlı oymalar (oxşarlarına Qobustan qayalıqları yaxınlığında Şamlı elatına məsxus qəbirstanlıqda qəbirüstü baş daşlarında rast gəlinir), petroqlifli dini-sakral təsvirlər, daş kurqanlar, heykəltaraşlığın ilkin “daş rəsmləri”...geniş yayılmışdır, bəzi nümunələr L.R.Qızlasov adına Milli Muzeydə nümayiş etdirilir. Xakasiya Respublikasının gerbindəki Günəş rəmzi bədii rəssamlığın monumental ifadəsi kimi məhz həmin maddi-tarixi irsdən ehtiva edilib. Qeyd etmək lazımdır ki, Rusiyada ilk arxeoloji tədqiqatlar 1722-ci ildən sonra Cənubi Sibirdə, Sakların bu qədim yurdunda aparılmışdır. Bu baxımdan Türk/Tartar/Tatar və Aral/Ural arxeoloji-mədəniyyət mərhələləri də zəngin tarixi məlumatları özündə yaşadır “Avrasiya nəzəriyyəsi”nin əsassızlığını daha bir Türk sivilizasiya ocağı-coğrafi məkanı-Türküstan Təbəddülat və Təkamül mərhələsi təsdiq etməkdədir. Ust Tunc dövründən (e.ə. IV minillik) başlayaraq Mərkəzi Asiyada yaranan bu sivilizasiya mədəniyyətinin 9 ocağının (Xarəzm, Yeddiçayarası, Şərqi Türküstan, Sır-Dərya vadisi, Fərqanə hövzəsi...) adı çəkilir və dünya tarixşünaslığında qəbul edilmişdir. Türk dilli qəbilə-tayfa İttifaqının yaratdığı “Böyük İpək Yolu” üzərində yerləşən bu sivilizasiya ocaqlarının səciyyəvi cəhətləri sırasında cəmiyyət-dövlət quruculuğunun ilkin əsaslarının işlənilməsi, müstəqil dövlət quruculuğunun yaradılması (hakim sülalə timsalında), yazılı ədəbiyyatın yayılması, ticarət və sənətkarlıq, şəhər mədəniyyətinin təşəkkülü (bu bölgədə 70-dən çox yüksək inkişaf etmiş şəhər olmuşdur), suvarma əkinçiliyinin və damazlıq heyvandarlığın intişar etməsi...kimi amillər qeyd olunur. Sivilizasiya ocaqları coğrafi məkan baxımından nəzərdən keçirilməklə yanaşı əlahiddə tarixi dövrdə və sonrakı əsrlərdə və minilliklərdə regional və dünyəvi təsirə də (dil, mədəniyyət, tarix, etnik xüsusiyyətlər...baxımından) malikdir. Təkamül və inkişaf mərhələləri təkcə protoTürk və Türk dilli bir Ailə-Dil bölümünü əhatə edən Xalqlar birliyinin mədəniyyət tarixi deyil, bu həm də digər xalqların da həyat tərzinin, milli-mənəvi dünyadərki dəyərlərinin zənginliyi, dövlət-hərb quruculuğunun təkmilləşməsi, ticarət, sənətkarlıq, elm, mədəniyyət, incəsənət...əlaqələrinin güclənməsinə təsir edən mühüm dünyəvi təsir amilidir. Yetər ki, bu istiqamətdə protTürk və Türk dilli qəbilə-tayfa İttifaqlarının bu böyük Quru hissəsi üzrə etno-morfogenetik irq, dil, milli-mənəvi, dini-sakral...irsinin İnkişaf dövrlərinə və coğrafi məkan sisteminə müxtəlif zəruri aspektlər sistemində, elmi-nəzəri əsaslandırılmış şəkildə diqqət yetirilsin. Müasir tarixi mərhələdə dünya sivilizasiyasının istiqamətinin və inkişafının təməl prinsiplərinin müəyyən edilməsi üçün əski dövrlərin hər bir Xalqa aid olan Təkamül mərhələsinin düzgün qiymətləndirilməsi həm də dünyəvi sabitliyi və təhlükəsizliyin təmin edə bilər. Türk dövətləri və xalqları üçün isə daha zəruridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see215

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see201

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see181

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see157

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see145

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see132

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see131

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see129

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see127

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri