Icma.az
close
up
RU
Türk, türkə necə xarici ola bilər?” Yeni qanun Türk birliyinin ruhuna ziddir

Türk, türkə necə xarici ola bilər?” Yeni qanun Türk birliyinin ruhuna ziddir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Türk Birliyinin beyin mərkəzi olan Türkiyə, soydaşına qapı bağlamamalıdır”


Türk dünyasının inteqrasiyasının və qardaşlığının daha da ön plana çıxdığı bir dövrdə, hüquqi çərçivələrdə yer alan bəzi ifadə və məhdudiyyətlər təəssüf ki, bu birliyin ruhuna uyğun gəlmir. Son günlərdə 2527 saylı qanuna edilən dəyişikliklər, xüsusilə də Türk soylu şəxslərin Türkiyədə işləməsinə dair yeni tələblər, istər hüquqi, istərsə də mənəvi baxımdan ciddi müzakirələrə səbəb olub. Maraqlısı odur ki, bu dəyişikliklərin mahiyyəti tam şəkildə anlaşılmadığından, Azərbaycan mediasında qanunla bağlı əsasən müsbət fikirlər səsləndirilir. Lakin məsələnin gerçək mahiyyəti göstərilən qədər sadə və müsbət deyil. 

Türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuş bir qanunun, praktikada onları istisna etməsi, həm cəmiyyət daxilində, həm də Türk dövlətləri arasında suallar doğurur. Yeni tələblər, xüsusilə müstəqil Türk dövlətlərindən gələn vətəndaşların hüquqlarını birbaşa məhdudlaşdırmaq riski daşıyır. Bu isə həm ictimai fikirdə çaşqınlıq yaradır, həm də "Türk, Türkə yad ola bilməz" prinsipinə zidd olaraq, vahid Türk kimliyini sual altına alır. 

Bu məsələyə yalnız hüquqi deyil, həm də milli-mənəvi dəyərlər prizmasından yanaşmaq zəruridir.


Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar Sherg.az-a verdiyi açıqlamada qəbul edilən qərardan, eləcə də onun əsil mahiyyətindən danışıb:

"10 oktyabr 2025 tarixli "Rəsmi Qəzet"də yayımlanan  2527 saylı "Türk Soylu Xaricilərin Türkiyədə Peşə və Sənətlərini Sərbəst Yerinə Yetirə Bilmələrinə, dövlət və ya özəl qurum, müəssisə və ya iş yerlərində çalışa bilmələrinə dair qanun"un müvafiq hissəsində dəyişiklik edilib. Artıq iş icazəsi almaq üçün tələb olunan şərtlərin birlikdə yerinə yetirilməsi məcburidir. Əgər bu şərtlərdən biri belə yerinə yetirilməzsə, müraciət edən şəxs peşəsini və ya sənətini sərbəst şəkildə icra edə bilməyəcək, iş icazəsi ala bilməyəcək. 

Bizim coğrafi sərhədlərimiz fərqli olsa da, Türkük. Bir Türk yurdu başqa bir Türkə "xarici" olmamalıdır. 2527 saylı mövzu ilə bağlı qanun 25/09/1981 tarixində qüvvəyə minib. Türkiyədə "Türkəm" deməyin cinayət sayıldığı, irqçilik kimi qəbul edildiyi bir dövrdə qanunda yer alan “Türk soylu xaricilər” ifadəsi bütün Türk dünyasında narahatlıq doğurur. Burada təkcə idarəetmədə (yəni yalnız idarəçilikdə, yönetmelikte) yox, birbaşa qanunda dəyişiklik olmalıdır. 1980-ci illərdən qalan bu anlayış-Türkün Türkə "xarici" kimi baxması bu gün Türk Dövlətlərinin birliyindən danışdığımız bir dövrdə qəbulolunmazdır.

Yeni idarəetmədə Türksoylu şəxsləri müəyyən etmə səlahiyyəti Prezidentliyə verilib. Məqsəd qurumlar arasında çoxbaşlılığı (yəni səlahiyyət qarışıqlığını) aradan qaldırmaq və prosesi sürətləndirməkdir.

Yeni qaydalarda sadəcə “Türk soylu” olmaq kifayət etməyəcək. İş icazəsi almaq üçün Türksoyluların öz ölkələrində peşələrini yerinə yetirə bilmədiklərini sübut etmələri və yaşadıqları yerdə çoxluq təşkil edən etnik qrupdan fərqli olduqlarını isbat etmələri şərti gətirilib".


Türk jurnalist bu düzəlişi ictimaiyyət tamam fərqli başa düşdüyünə diqqət çəkib: 

"Əslində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan vətəndaşları öz ölkələrində azınlıq olmadıqları üçün Türkiyədə iş icazəsi ala bilməyəcəklər. Əvəzində, İraqda, İranda, Çində yaşayan-yəni yaşadıqları yerdə azlıqda olan və ya Türksoylu olmayan dövlətlərin vətəndaşları iş icazəsi ala biləcəklər. Halbuki sadəcə Türkiyə prezidentinin imzaladığı hissəyə baxdıqda, sanki dünyada yaşayan bütün Türklərin Türkiyədə işləməsi asanlaşmış kimi görünür. Amma dəyişdirilən idarəetmənin 3-cü maddəsinin 10-cu bəndi təəssüf ki, yaşadığı yerdə azlıqda olmayan şəxslərin iş icazəsi ala bilməyəcəyini deyir. Eyni şəkildə, iş icazəsini çətinləşdirən 3-cü maddənin 9-cu bəndində isə belə bir ifadə var: “Əgər şəxs yaşadığı ölkədə peşəsini icra edə bilmirsə və Türkiyədə müxtəlif səbəblərdən yaşamalı olarsa...”-bu çox mücərrəd və subyektiv bir ifadədir. Bu, qeyri-obyektiv yanaşmalara səbəb ola bilər. "Şəxsin yaşadığı ölkədə peşəsini icra edib-etmədiyi hansı kriteriyalara əsasən müəyyən olunacaq?", "Bu "müxtəlif səbəblər" hansılardır, hansılar qəbul olunacaq, hansılar yox?"- bunlar müəyyən deyil".


Müsahibimiz Türkə “xarici” deyilməsinin doğru olmadığını və buna qarşı gəldiklərini söyləyib: 

"Türk dövlətlərində yaşayan soydaşlarımızın Türkiyədə işləyə bilməməsini düşünmək belə ağırdır. Türkiyə, Türk birliyinin beyin mərkəzidir. Türkiyə, Türk dünyasının ağabəyidir. Bir daha vurğulayıram ki, Türk, Türkə xarici ola bilməz. Türk, Türk yurdlarının hər bir yerində rahatlıqla gedib peşəsini və sənətini icra etməlidir. Çalışa bilməlidir. İnanıram ki, Türk Birliyinə hər zamankından daha çox ehtiyac duyduğumuz bu dövrdə, Müstəqil Türk Dövlətləri vətəndaşlarının Türkiyədə işləməsinin qarşısındakı bütün maneələr ən qısa zamanda aradan qaldırılacaqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Oktyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri