Icma.az
close
up
RU
Türkcə Vikipediyada Yaqub Mahmudov haqqında məqalə yaradılıb

Türkcə Vikipediyada Yaqub Mahmudov haqqında məqalə yaradılıb

Türkcə Vikipediyada AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov haqqında məqalə yaradılıb.

Bu barədə AzNews.az-a tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.

Məqalə "Həyatı", "Elmi fəaliyyəti", "Siyasi fəaliyyəti", "Önəmli əsərləri", "Mükafatları" və "İstinadlar" bölmələrindən ibarətdir.

Xatırladaq ki, Yaqub Mahmudov AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının və Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının da həqiqi üzvüdür. O, 2013-cü ildən etibarən isə Türk Tarix Qurumunun fəxri üzvüdür.

Səhifənin linki: https://tr.wikipedia.org/wiki/Yakup_Mahmudov

seeBaxış sayı:68
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri