Icma.az
close
up
RU
Türkçülüyü türklüyə şöhrət: akademik Tofiq Hacıyev

Türkçülüyü türklüyə şöhrət: akademik Tofiq Hacıyev

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, filologiya üzrə elmlər doktoru

Nə gündüzün günəşindən qaçmaq mümkündür, nə gecənin qaranlığından. Hər ikisi bütün insanların hamısının eyni miqdarda bölünmüş şərikli qismətidir və hər kəs bu mühiti, bu qisməti yaşamağa məhkumdur. Bu taleyi məcburi surətdə yaşamağa məhkum olsaq da, heç kəs gecənin qaranlığını səbirsizliklə gözləmək arzusunu sinəsində yaşatmır (Yarasalardan və gecənin qaranlığından yararlananlardan başqa).

Günəş şüaları dilsiz torpağı cana gətirir. İnsan ruhunu oxşayan bütün güllər, çiçəklər baharın gətirdiyi yaz günəşinin hərarətindən sönüklüyün daş yuxusundan oyanıb günəşə sarı boylanır, çiçək açır, ürək oxşayır... və sabah üçün bol məhsulun təməlini qoyur. Bunları nə üçün xatırladım, bilmirəm, ancaq nə vaxt günəş çıxır, günəşin işığına qərq oluram, həmin an böyük insan, əyilməz şəxsiyyət, dilinin və elinin mənafeyini özünün və özününkülərin mənafeyindən uca tutan, əziz müəllimim, filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyev gözlərim qarşısında canlanır...

Adı Mahmud Kaşqari, Mikayıl Baştu ibn Şəms Təbir, Mirzə Kazım bəy, Bəkir Çobanzadə, İsmayıl bəy Qaspıralı və digər görkəmli şəxsiyyətlərlə bir sırada çəkilməyə layiq olan bu elm fədaisinin qələmindən çıxan hər hansı bir əsərini türk dilinə, türkçülüyə xidmətdən kənarda təsəvvür etmək çətindir. 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edən alimin bundan sonrakı yaradıcılığı daha da genişlənir. Elmi yaradıcılığa dilçi-dialektoloq kimi başlasa da, sonrakı elmi yaradıcılığının sahəsini genişləndirir və daha çox dil tarixi və ədəbi dil məsələləri ilə məşğul olur.

Görkəmli alim və pedaqoq peşəkar pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycan türkcəsinin keçdiyi yol, onun tarixi inkişaf dövrləri, qonşu xalqların dilinə olan təsiri ilə bağlı məsələlərin həllinə aid onlarla kitab, monoqrafiya yazıb çap etdirir.

Lakin bütün bunları görkəmli alim bu dildən istifadə edən hər kəsin müqəddəs vəzifəsi sayır. Tutduğu yol, sahib olduğu titullar onun yaradıcılıq arenasını daha da genişləndirir. Beynəlxalq aləmdə şöhrət qazanmış türkoloqların belə tərəddüd etmədən qəbul etdikləri fikirlərini türkologiyanın qarşısında duran əsas məsələ kimi şərh edən alim öz baxışlarını və düşüncələrini məqalələr və əsərlər formasında ortaya qoyur.

"Azərbaycan dilinin Cəbrayıl şivəsi"ndən elm dünyasına aspirant kimi boylanan vətən oğlu son ana qədər öz dilinin qayğıkeşi kimi, yəni Azərbaycan türkcəsinin qayğıkeşi kimi yox, bütün dünyada yaşayan türkdilli xalqların danışdıqları dillərin müdafiəçisi kimi "Türklər üçün ortaq ünsiyyət dili" ideyasını irəli sürdü və akademikin bu məsələ ilə bağlı fikirləri 2013-cü ildə "Təhsil" nəşriyyatı tərəfindən çap edilən "Türklər üçün ortaq ünsiyyət dili" kitabında öz əksini tapdı. Kitabın ilk səhifəsində yazılır: "Türkcə otuza qədər xalqın ana dilidir. Bu gün qloballaşma dövründə siyasi - iqtisadi - mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ortaq ünsiyyət (ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə tarixən olub. Zamanında Altaydan Dunaya qədər coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı, bu gün Orxan kitabələrinin dili kimi götürdüyümüz vahid ədəbi dili ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan verir ki, türkcələrdən birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək".

Bu, akademik Tofiq Hacıyevin dünyada yaşayan türkdilli xalqları bir bayraq altında - bir dil ətrafında birləşdirmək arzusu idi. Çox təəssüflər olsun ki, o həmin günün şahidi ola bilmədi və mən inanıram ki, bu müqəddəs birliyi - dil birliyini biz görməsək də, bizdən sonra gələnlər onun bəhrəsindən faydalana biləcəklər. Tarix sübut edir ki, xalqların hərtərəfli əlaqələrinin bünövrəsi əsasən dil birliyindən başlayır. Bu ideyanı əsas götürən Krım türkü İsmayıl bəy Qaspıralı hələ XIX əsrin axırlarında Rus imperiyası ərazisindəki türklərin bir ədəbi dildən istifadə etməsi fikrini irəli sürmüş, üzünü bütün türk dünyasına tutub demişdir: "İşdə, fikirdə, dildə bir". İsmayıl bəy Qaspıralının mənəvi və ideya davamçısı olan akademik Tofiq Hacıyev Qaspıralının bu şüarını nəzərdə tutub yazırdı: "İsmayıl bəyin bu müraciətini dünyəvi siyasi məzmununa görə mükəmməllikdə K.Marks və F.Engelsin məşhur "Bütün dünyanın proletarları, birləşin!" şüarı ilə müqayisə etmək olar. XIX əsrin sonu və XX əsrin əvvəllərində bu iki şüar - müraciət qədər populyar üçüncüsü yoxdur (Tofiq Hacıyev "Türklər üçün ortaq ünsiyyət dili". Bakı, "Təhsil", 2013, səh. 11)

Akademiki Krım türkü İsmayıl bəy Qaspıralı ideyalarının davamçısı adlandırsaq, bu, bəlkə də, daha gerçək görünər. Əgər bu, həqiqətdirsə, onda hörmətli müəllimim Tofiq Hacıyevin İsmayıl bəy Qaspıralı haqqında işlətdiyi ifadəni onun özünə də aid etsək, elə bilirəm ki, heç də yanılmarıq.

Türklər üçün ortaq ünsiyyət dili məsələsini gündəmə gətirəndə o, bütün türkdilli xalqların dillərinin aradan çıxarılıb ümumi dil yaradılması ideyasını irəli sürmür, türkdilli xalqların hər birinə hörmətlə yanaşaraq onların da inkişafına şərait yaradılmasını əsas sayır, bununla bərabər, bütün türkdilli xalqların hamısının bir ortaq türk dilini əsas götürüb onunla anlaşmasını mümkün sayır və bununla bağlı yazır: "İmperiya yaradılması boş xəyal olduğu kimi, həmin yolla ümumi dil yaratmaq da bir heçdir. Heç bir türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam etdirməsi şərti ilə elə bir məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar".

Akademik türklər üçün ortaq ünsiyyət dili məsələsini ortaya atmaqla təkcə müxtəlif türkdilli xalqların bir-birini tam anlama məsələsini qarşısına qoymurdu. O göstərirdi ki, "...türk birliyinin yolu dil birliyindən keçir. Bu dil birliyi duyğusu məhəbbətdir, türk birliyinə sevgidir".

Türk dilinə, türk ədəbiyyatına, türk xalqlarının ortaq ünsiyyət dilinin varlığına can atması bu böyük insanın yaradıcılığının əsasını təşkil edir. Heç təsadüfi deyildir ki, akademikin "Kitabi-Dədə Qorqud" dastanına aid yazıb çap etdirdiyi 7 kitab və 30-a yaxın məcmuə, jurnal məqalələrinin həcmi 1000 səhifələrlə hesablanır. Məşhur türkoloqun təkcə "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı yazdığı yeddi kitabın həcmi 2067 səhifə təşkil edir.

Görkəmli türkoloq öz ömrünü türkologiyanın, türk dili tarixinin tədqiqinə həsr etsə də, bunu yetərli saymamış, rastına çıxan, tanış olduğu hər bir xüsusi istedad və qabiliyyətə malik kadrları bu sahəyə cəlb etmişdi. O bu təəssübkeşliyi sayəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışdığı 2013-2015-ci illərdə "Naxçıvan Muxtar Respublikasının Dialektoloji Atlası"nın nəşr olunması və böyük türkoloq Mirzə Kazım bəyin 1946-cı ildə yazıb nəşr etdirdiyi "Türk-tatar dilinin ümumi qrammatikası" kitabının müəllifin öz doğma ana dilində işıq üzü görməsinin təəssübkeşi və rəhbəri kimi çıxış etdi. Çox təəssüflər olsun ki, professor İdris Abbasovun tərcümə, tədqiq və şərhi ilə nəşr edilən bu kitab Tofiq müəllimin ölümündən sonra çap olundu və o bu əsərin Azərbaycan dilində çapdan çıxma sevincini yaşaya bilmədi. Akademik bunların ardınca Qarabağın dialektoloji lüğətinin də nəşrinin hazırlıq işlərinə başlamışdı, lakin bu işi tam başa çatdırmağa ölüm imkan vermədi. Akademik təkcə Azərbaycanda deyil, bütün türkdilli ölkələrdə də böyük türkoloq kimi tanınırdı. Heç təsadüfi deyildir ki, elə bu keyfiyyətlərinə görə onu bütün türklər, o cümlədən Türkiyədə yaşayan türkoloqlar özlərinin ağsaqqalı sayır, bu sahə ilə bağlı irəli sürdüyü bütün təklifləri tərəddüd etmədən həyata keçirməyə çalışırdılar. Türkiyə türkoloqları və öz dilinə sevgisi olan insanların bu millət, dil sevdalısına olan münasibətini sözlə ifadə etmək o qədər də asan deyil.

Akademikin hər çıxışı, hər məqaləsi, hər kitabı, hər tezisi onun doğma dilinin zənginləşməsi, inkişafı, bütün türkdilli xalqların ortaq ünsiyyət dilinin yaranması ideyasının üzərində köklənib. Sovet dönəmində və ondan sonrakı müstəqillik illərində müxtəlif ölkələrdə və şəhərlərdə, o cümlədən Moskva, Tbilisi, Alma-Ata, Düşənbə, Tehran, Antalya, Ankara, Urmiya və başqa şəhərlərdə keçirilən beynəlxalq konfrans, simpoziumlarda Azərbaycanı ləyaqətlə təmsil etmiş və çıxışları rəğbətlə qarşılanmışdı. Onun bu sevgisi təkcə Azərbaycanda deyil, dünyanın bir çox türkdilli ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumdakı çıxışlarının da əsas ideyasını təşkil edirdi. Akademikin türk dilinin inkişafı, onun təsir dairəsinin genişlənməsi uğrunda apardığı böyük iş Bilkent Universitetində keçirilən Türk Dil Bayramı günlərindəki çıxışında daha qabarıq şəkildə özünü göstərmişdi. Həmin universitetdə olarkən bu təhsil ocağında tədrisin ingilis dilində aparıldığını eşidən böyük alim çıxışına aşağıdakı cümlələrlə yekun vurur: "Universitenizde kolaydan zora, yakından uzağa, genelden özele və sarmallıq ilkesine uyğun ingilizce öğretimi gerçekleştiriyorsunuz. Bunu yeni araç ve gereçlerle güclendiriyorsunuz. Burada bütün bölümler var. Acaba bu güzel universitede Türkce oğretmeni yetiştirecek bir Enstitü açamazmısınız? Ben burada, bu ilim yuvasına Türk dili ve Edebiyatı, veya türkce bölümlerinden herhangi birini açmanızı canü gönülden bir türkoloq olarak sizden istiyorum".

Akademikin çıxışını dinləmiş o zaman universitetin rektoru işləyən professor Ali Doğramacı kürsüyə qalxaraq bu təklifi universitetin qurucusu İhsan Doğramacıya ərz edəcəyini bildirir. Qısa zamanda məsələ həll olunur və universitetdə Türk dili və ədəbiyyatı bölümü açılır. Sonradan bunu eşidən ana dili sevdalısı akademik Tofiq Hacıyev Bilkent universitetinin rektoru Ali Doğramacıya öz təbriklərini göndərmişdi.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see226

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see150

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see141

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see131

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see126

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see118

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see117

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see117

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see117

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see115

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see115

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see115

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi Video

20 May 2025 10:09see114

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see114

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see114

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see113

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see113

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri