Icma.az
close
up
RU
Türkiyə Azərbaycan və digər Türk dövlətləri ilə həmrəylik göstərib, qlobal güc mərkəzinə çevriləcək

Türkiyə Azərbaycan və digər Türk dövlətləri ilə həmrəylik göstərib, qlobal güc mərkəzinə çevriləcək

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Almaniyada yerləşən Münhen Təhlükəsizlik Konfransının bir çox ölkədə aparılan sorğulara əsaslanaraq hazırladığı 2025-ci il hesabatında Türkiyənin beynəlxalq arenada artan nüfuzuna paralel olaraq perspektivinin də müsbət istiqamətdə dəyişdiyi vurğulanıb. Belə ki. müdafiə və xarici siyasət məsələlərinin müzakirə olunacağı 61-ci Münhen Təhlükəsizlik Konfransı ərəfəsində “Çoxqütblülük” başlığı ilə Münhen Təhlükəsizlik Hesabatı 2025 dərc edilib. Hesabat üçün Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin və Cənubi Afrika kimi dünya ölkələrində də sorğular aparılıb. Sorğularda Qərb ölkələrində olan davranışlarında ən çox müsbət dəyişiklik müşahidə edilən ölkələr əsasən Türkiyə, Cənubi Koreya, Polşa və Böyük Britaniya olub. Hesabatda Fransa istisna olmaqla, sorğunun keçirildiyi bütün ölkələrdə Türkiyəni “müttəfiq” olaraq görənlərin nisbətinin onu “təhdid” olaraq görənlərdən daha yüksək olduğu bildirilib.Türkiyə qlobal gücə çevrilir...

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Münhen Təhlükəsizlik Hesabatı 2025-ə görə, Fransa istisna olmaqla, sorğu edilən əksər ölkələrin Türkiyəni təhdid deyil, müttəfiq kimi görməsi həm tarixi bağlara malikdir, həm də Türkiyənin hazırkı gücü ilə bağlıdır: “Məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti Osmanlı İmperatorluğunun dağılması ilə qurulmuş bir dövlətdir. Bu dövləti quran Qazi Mustafa Kamal Atatürk “evdə sülh, dünyada sülh” deyərək bu dövlətin müharibə dövləti və ya başqa ölkələri təhdid edən dövlət deyil, sülh dövləti olduğunu bəyan etmişdi. Bu baxımdan Türkiyə Cümhuriyyəti qurulduqdan sonra daima regional və dünya sülhünə töhfə verməyə çalışmış və heç bir dövlətlə haqsız yerə qarşıdurmaya girməmişdir. Eynilə Osmanlı İmperiyası fəth etdiyi torpaqlarda belə sülh və əmin-amanlığı təmin etmişdi. Ona görə də Türkiyənin təhlükə kimi qəbul edilməməsi bu tarixi proseslə bağlıdır. Digər tərəfdən Türkiyə bu gün bölgənin, İslam coğrafiyasının və dünyanın önəmli ölkələrindən biridir. Çünki Türkiyənin 785 min kvadrat kilometrlik coğrafi böyüklüyü 5-6 Avropa ölkəsinin cəmindən daha böyükdür. Onun 86 milyonluq əhalisi də ümumilikdə 8-9 Avropa ölkəsindən çoxdur. Milli gəliri 1 trilyon 500 milyard dollar civarındadır. Dünyanın ən güclü ordularından birinə malikdir və coğrafi mövqeyi elədir ki, dünyanın mərkəzindədir. Onun region ölkələrindəki qeyri-sabitliyə hər aspektdən təsir etmək gücü var. Bütün bu xüsusiyyətlər Türkiyənin başqa ölkələrə qarşı heç bir mənfi münasibəti olmadığı üçün ciddi qəbul edilməsini və müttəfiq kimi görünməsini tələb edir”.

Kərəm Qarabulud

Kərəm Qarabulud bildirib ki, bununla yanaşı NATO üzvü olması həm də Türkiyənin dünya sülhünə töhfə vermək gücünü nümayiş etdirir.

“Bütün bu qısa məlumatlardan sonra bölgənin və İslam coğrafiyasının, ümumiyyətlə dünyanın ən önəmli ölkələrindən biri Türkiyədir desək yanılmarıq. Xüsusilə, önümüzdəki dövrlərdə Azərbaycan və digər Türk dövlətləri ilə inkişaf etdirəcəyi sıx əməkdaşlıq və həmrəyliyin təsiri ilə qlobal gücə çevrilmə potensialına malik bir ölkədir”-deyən Kərəm Qarabulud bildirib ki, bu xüsusiyyətlər Türkiyənin dünyanın bütün böyük güc mərkəzləri tərəfindən ciddi qəbul edilməsini tələb edir və keçirilən son sorğunun nəticələri əslində bunu göstərir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri