Türkiyə və Azərbaycan münasibətləri regional və qlobal səviyyədə güc mərkəzinə çevrilib Türk general
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Türkiyə-Azərbaycan münasibətləri bir neçə əsas istiqamətdə inkişaf etdirilmişdir. Siyasi sahədə tərəflər koordinasiyadan ortaq mövqeyə doğru irəliləyib”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Xarici siyasətin qurulması regional və qlobal səviyyədə qərarların, mexanizmlərin sistemli şəkildə işləməsinə imkan verir:
“Təhlükəsizlik və müdafiə sahəsində isə tərəflər qarşılıqlı təminat prinsipinə əsaslanır. Bir-birinin ərazi bütövlüyünü qorumaq, təhlükənin yalnız bir ölkəyə yönəlmiş kimi qəbul olunması, NATO-nun 5-ci maddəsinə bənzər yanaşma tərəflərin strateji mövqeyini gücləndirir. İqtisadi inteqrasiya sahəsində Türkiyə və Azərbaycan ortaq layihələr və proqramlar vasitəsilə hədəflərini daha yüksək səviyyələrə qaldırır. Bu, Orta Dəhlizin TransAzərbaycan üzərindən strateji ticarət üstünlüyü qazanmasına və fondlar üçün hüquqi baza yaradılmasına xidmət edir”.
Onun sözlərinə görə, Türk dünyası və qlobal fəaliyyətlər sahəsində isə iki ölkə arasındakı qardaşlıq Türk dünyasına yayılır:
“Anadolu ilə Qafqazlar və Türkistan coğrafiyası arasında əlaqələr güclənir və strateji birgə fəaliyyət formalaşır. Gələcək perspektivdə isə tərəflər 2030–2040-ci illər üçün strateji planlama həyata keçirir. Enerji, təhlükəsizlik, müdafiə sənayesi, rəqəmsal transformasiya və krizis idarəçiliyi sahələrində birgə addımlar atılır.
Həmçinin, qlobal platformalarda koordinasiya, ortaq diaspora və qərar mexanizmləri inkişaf etdirilir. Bu beş əsas sahə, öz alt başlıqları ilə birlikdə, Türkiyə-Azərbaycan əlaqələrini regional və qlobal miqyasda strateji güc mərkəzi səviyyəsinə yüksəldir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yeni reallıq: “Türkiyə güc mərkəzinə çevrilib”
05 Dekabr 2024 17:30
Azərbaycan qlobal fikir mərkəzinə çevrilib
13 Mart 2025 17:58
Azərbaycan regional, Türkiyə isə qlobal gücə çevrilib Sabiq səfir
10 Mart 2025 13:10
Türkiyə dünyada söz sahibinə, güc mərkəzinə çevrilib
07 Aprel 2025 08:26
Azərbaycan Türkiyə enerji əməkdaşlığı qlobal nümunəyə çevrilib
06 Sentyabr 2025 10:49
Baxış sayı:106
Bu xəbər 24 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları