Icma.az
close
up
RU
Moskva üçün kritik mərhələ: Rusiya Ukrayna müharibəsində dönüş

Moskva üçün kritik mərhələ: Rusiya Ukrayna müharibəsində dönüş

Icma.az, Olke.az saytına istinadən bildirir.

Tramp administrasiyasının yenilənmiş sülh planının əsas fərqləndirici cəhəti Kiyevə veriləcək ciddi təhlükəsizlik təminatları ilə yanaşı, Avropanın gələcək təhlükəsizlik arxitekturasının da planın tərkib hissəsinə çevrilməsidir. Bu dəyişiklik təsadüfi deyil. Çünki son dövrlərdə Avropa müttəfiqləri Vaşinqtona qarşı açıq və gizli təzyiq kampaniyalarından istifadə edərək ABŞ-ın müharibədə daha aktiv və sərt mövqe tutmasını tələb ediblər.

Bu fonda ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın açıqlamaları diqqət çəkir. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək niyyətindədir. Qabbard eyni zamanda ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinad edərək bildirib ki, Rusiya NATO ilə daha genişmiqyaslı müharibədən qaçır və Moskvanın bütün Ukrayna ərazisini işğal edib uzunmüddətli nəzarətdə saxlamaq üçün kifayət qədər hərbi potensialı yoxdur. Bu baxımdan, Rusiyanın Avropanı “fəth etmək” iddialarının real hərbi əsası yoxdur.

Ağ Ev-Avropa münasibətləri və təzyiqin nəticələri

Bununla belə, Avropalı müttəfiqlərin ABŞ üzərində yaratdığı siyasi təzyiq artıq öz nəticəsini verməkdədir. Floridada Ağ Ev və Kiyev arasında keçirilən son danışıqlar bunu açıq şəkildə nümayiş etdirir. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun açıqlamasına görə, son üç gün ərzində Ukrayna nümayəndə heyəti Amerika və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv görüşlər keçirib.

Bu görüşlərə Avropanın əsas milli təhlükəsizlik müşavirləri də qoşularaq Ukrayna-ABŞ-Avropa arasında ortaq strateji yanaşmanın formalaşdırılması istiqamətində müzakirələr aparıblar. Paralel olaraq Ukrayna və ABŞ arasında ayrıca konstruktiv görüş də baş tutub və burada dörd əsas sənəd ətrafında fikir mübadiləsi aparılıb:

-20 maddəlik sülh planının daha da inkişaf etdirilməsi,
-Təhlükəsizlik zəmanətlərinin çoxtərəfli çərçivəsi üzrə mövqelərin uzlaşdırılması,
-Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri mexanizmi,
-İqtisadiyyat və rifah proqramının genişləndirilməsi.

Tramp administrasiyasının prioritetləri və sülh anlayışı

Stiv Uitkoffun açıqlaması Tramp administrasiyasının sülhə yanaşmasının mahiyyətini ortaya qoyur: “Bizim ortaq prioritetimiz qətllərə son qoymaq, zəmanətli təhlükəsizliyi təmin etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır. Sülh sadəcə hərbi əməliyyatlara son qoymaqdan daha çox şey ifadə etməlidir.”

Bu yanaşma onu göstərir ki, Vaşinqton üçün sülh artıq yalnız atəşkəs deyil, postmüharibə dövrünün siyasi, iqtisadi və təhlükəsizlik çərçivəsinin formalaşdırılması deməkdir. Bu isə danışıqların yeni və daha mürəkkəb mərhələyə keçdiyini təsdiqləyir.

Danışıqların növbəti mərhələsi: Kremlə təzyiq strategiyası

Məhz bu mərhələdə Trampın danışıqlardakı mövqeyini gücləndirmək məqsədilə ABŞ daxilində Kremlə qarşı daha sərt addımların atılması ilə bağlı çağırışlar səslənməyə başlayıb. Respublikaçı senator Lindsi Qremin açıqlaması bu baxımdan xüsusilə diqqət çəkir.

Qrem bildirib ki, əgər Kreml Ukrayna ilə bağlı danışıqlardan imtina edərsə, ABŞ Prezidenti Donald Tramp Rusiya neftini daşıyan gəmilərin ələ keçirilməsi variantını gündəmə gətirməlidir. Senator xatırladıb ki, ABŞ artıq Venesueladan neft daşıyan sanksiyalı gəmilərə qarşı bu cür addımlar atır və eyni mexanizmin Rusiya nefti üçün də tətbiqi mümkündür.

Bununla yanaşı, Qrem Rusiya neftinin alışına tariflərin tətbiq edilməsi, Ukraynalı uşaqların oğurlanması ilə bağlı Rusiyanın terrorizmin dövlət sponsoru kimi tanınması və ucuz Rusiya nefti alan Çin kimi ölkələrə əlavə tariflərin qoyulması təşəbbüslərini dəstəklədiyini bildirib.

Bütün bu proseslər onu deməyə əsas verir ki, Rusiya-Ukrayna danışıqları artıq klassik diplomatik müzakirə mərhələsindən çıxaraq təzyiq, təhlükəsizlik və geoiqtisadi rıçaqların paralel tətbiq olunduğu yeni müstəviyə keçib. Tramp administrasiyasının yenilənmiş sülh planı Ukrayna ilə yanaşı Avropanın təhlükəsizlik maraqlarını da nəzərə alır və bu, Vaşinqtonun qlobal məsuliyyəti daha geniş çərçivədə dəyərləndirdiyini göstərir.

Eyni zamanda, ABŞ daxilində artan sərt çağırışlar danışıqların növbəti mərhələsində Kremlin qarşısında daha çətin seçimlər yaradacaq. 

Biz ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın NATO və Avropa İttifaqının ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək niyyətində olması ilə bağlı fikrini də Kremlə bir təzyiq mesajı kimi dəyərləndirməliyik. Qabbarın Rusiyanın NATO ilə hərbi qarşıdurma gücünə malik olmaması o deməkdir ki, müharibənin uzanması və Moskvanın hərbi, iqtisadi cəhətdən zəifləməsi fonunda belə bir hal mümkün ola bilər. Yəni Ağ Evin də səbrinin bir həddi var. Vaşinqton Moskva ilə münasibətlərin qurulmasında maraqlı olsa da, nəticə etibarilə avropalı müttəfiqlərindən vaz keçəsi deyil. Aralarında müəyyən fikirayrılıqları olsa da, bu yekunda müttəfiqlik münasibətlərinə təsir etməyəcək. 

Ona görə də bu mərhələnin əsas sualı isə dəyişməz qalır: Moskva diplomatik kompromisə gedəcək, yoxsa artan siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək?

Bu kontekstdə diqqətçəkən əsas məqamlardan biri də Rusiyanın Qərblə uzunmüddətli qarşıdurmanı davam etdirmək imkanlarının getdikcə daralmasıdır. Genişmiqyaslı sanksiyalar, maliyyə və texnologiya məhdudiyyətləri, eləcə də müharibənin uzanması Rusiyanın iqtisadi və hərbi resurslarına ciddi zərbə vurur. Müharibə nə qədər uzanarsa, Moskvanın daxili sosial-iqtisadi sabitliyi, hərbi-logistik potensialı və beynəlxalq manevr imkanları bir o qədər zəifləyir. Bu baxımdan, mövcud geosiyasi reallıqlar Rusiyanı uzunmüddətli eskalasiyadan daha çox diplomatik çıxış yolları axtarmağa məcbur edir və danışıqların aktuallığını daha da artırır. Əks təqdirdə, Moskva üçün bunun ağır bədəli qaçılmaz olacaq.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:314
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri