Icma.az
close
up
RU
“TÜRKİYƏ BU ÇİRKİN PLANI GÖRDÜ” İran, rejim və PKKnın qarşısı belə alınıb AzPolitika onlayn siyasiictimai qəzet

“TÜRKİYƏ BU ÇİRKİN PLANI GÖRDÜ” İran, rejim və PKKnın qarşısı belə alınıb AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran və onun havadarları Suriyada müxalif qüvvələrin Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatın arxasında İsrailin olduğunu iddia edirlər. Lakin mövcud vəziyyət əsasında ortaya çıxan görüntülər bunun əksini ortaya qoyur. Əslində Suriya Milli Ordusu (SMO) mülki şəxslərə qarşı həyata keçirilən qanlı bir planın qarşısını alıb”.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi”ndə yayımlanan “İran, rejim və PKK-nın planı boşa çıxdı” başlıqlı məqalədə bildirilir.

Məqalənin tərcüməsini oxuculara təqdim edirik:

“Müxalifətin Suriyada başlatdığı əməliyyat Əsəd rejimi və İranda şok effekti yaradıb. Hələbin süqutunu həzm edə bilməyən İran əməliyyatın arxasında İsrailin dayandığına dair manipulyasiylar etməyə başlayıb. Türkiyədə məzhəbçi kəsimin ani refleksi ilə bir qrup şəxs də İran və Əsədi müdafiə edib, müxalifətin azadlıq hərəkatına qarşı çıxıb. Reallıqda isə Əsədin meydanı terror təşkilatı YPG/PKK-ya buraxdığı və bununla kifayətlənməyərək Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə mesaj göndərərək İsraildən kömək istədiyi ortaya çıxıb. İsrail mediası da Suriyadakı müxalifətin İsrail üçün təhlükə yaratdığını yazıb.

Əldə etdiyimiz məlumata görə müxalifət Hələbə girməmişdən əvvəl Hələb Hava Limanı, Küveyr Hərbi Hava Limanı, Hələb Hərbi Hava Limanı və Müdafiə Sənayesi Silahları İstehsal Mərkəzi kimi rejimin ən strateji nöqtələri terror təşkilatı PKK-ya buraxılıb. Bu sifariş İrandan gəlib. Şamda olan İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hələbin şimal-şərqindən məsul polkovniklə əlaqəyə keçərək müxalif qüvvələr bölgəyə çatmamışdan əvvəl oranı PKK-ya təslim etməyi tapşırıb. Hələbdə yalnız Şeyx Maqsud və Əşrəfiyəni bölgələrini nəzarətdə saxlayan PKK-ya Mənbic bölgəsindən yüzlərlə maşından ibarət konvoylarla terrorçu qüvvələr göndərilib.


Şeyx Maqsuddakı Suriya vətəndaşlarını illərdir canlı qalxan kimi istifadə edən terror təşkilatı PKK qanlı bir təxribat planı hazırlığı içərisində idi. Sayı 10 minə çatan mülki əhali qətlə yetiriləcək, günah müxalifətin üzərinə atılacaq, bununla da beynəlxalq qüvvələri humanitar böhran bəhanəsi ilə hərəkətə keçirəcəkdilər. Bu plan çərçivəsində bir müddətdir ki, koalisiya qüvvələri sözdə PKK-YPG liderləri ilə təmasda olub.

Türkiyə bu çirkin planı gördü. Suriya Milli Ordusu Əl Babdan Hələbə doğru hücum etdi. Saatlar ərzində PKK və rejimin müdafiəsi sındırıldı. Küveyr hava limanı PKK-dan təmizləndi. Daha sonra Tel Alem və Sifira xəttinə istiqamətlənən qüvvələr digər kritik nöqtə olan Mamel Difa (Müdafiə Sənayesi) Obyektlərini azad etdi. Daha sonra Cibriyn və Neyrab istiqamətində hərəkət edən SMO, Beynəlxalq Hələb Hava Limanı da daxil olmaqla, PKK-nın bütün işğal xətlərini terrorçulardan azad etdib.

Terror təşkilatı YPG/PKK ilə Suriyadakı rejim arasında əməkdaşlıq yeni deyil. 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra rejimlə terror təşkilatı arasındakı çirkli əməkdaşlığı dəfələrlə manşetlərimizdə işıqlandırmışıq. 5 noyabr 2011-ci ildə “PKK-nın Suriyada yeni bazası”, 25 noyabr 2011-ci ildə “Əsəddən sərhədə 3 PKK düşərgəsi” və 13 oktyabr 2025-ci ildə “Əsəd Suriyanı təslim edəcək” kimi başlıqlı məqalələrimiz indi bizim nə qədər haqlı olduğumuzu göstərir.

PKK/YPG-nin Tel Rıfat-Mənbic terror dəhlizinin qarşısını almaq üçün Suriya Milli Ordusunun (SNA) başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rifat bölgəsinin 8 ildən sonra PKK/YPG-nin əlindən xilas edilməsi və daha sonra da terror təşkilatının işğalı altında olan Mənbic və Ayn əl-Ərərə doğru istiqamətlənməsi PKK-da böyük çaxnaşmaya səbəb olub. Terrorçuların lideri Bese Hozat Suriyadakı hadisələrlə bağlı “Hazırda Türkiyə hazırkı müharibənin başındadır. Koalisiya susur. İsrail də susur. Rejim böyük bir parçalanma və süqut yaşadı. Həm beynəlxalq güclər, həm də Koalisiya hazırda buna susur. Rusiyada da vəziyyət belədir. Ona görə də indi Rusiya da ciddi bir iş görmür. Buna görə də müqavimət göstərmir. İran Livan müharibəsindən sonra hücumlarla artıq ciddi zərbələr alıb”, -deyib.

Digər tərəfdən, PKK-nın yardım üçün İsrailə müraciət etdiyinə dair də xəbərlər var.

Suriyada müxaliflərə məğlub olan Əsəd rejimi məcburi əsgər toplama işlərini sürətləndirib. Yerli mənbələrdən əldə edilən məlumata görə, Lazkiyədə məcburi əsgər toplamalarını artıran rejim, Tartus əyaləti ilə Lazkiyənin Banyas və Ceble rayonlarında mülki şəxslərə sursat və silah paylayır. Rejim könüllü olmaq istəyənlərə ayda təxminən 200 dollar təklif edir. Bu məbləğ Suriyada dövlət qulluqçusunun maaşının təxminən 10 misli qədərdir. Suriya rejimi iki gün ərzində orduya könüllü şəkildə heç kimin qoşulmadığını gördükdən sonra şəhərlərə basqın edərək 18-40 yaş arası insanları girov götürüb. Məhəllələrdə yol-nəzarət məntəqələri yaradan rejim tələbələri də məcburi şəkildə orduya cəlb edir. Bu hadisələrdən sonra gənclərin bir hissəsi evlərində gizlənir, bir qismi isə şəhərdən qaçmağa çalışır.

Digər tərəfdən, rejimin ən böyük dəstəkçisi olan Rusiya müxalifətin irəliləyişləri qarşısında çətin anlar yaşayan rejimə havadan hücumlar edərək dəstəyini davam etdirir. Noyabrın 27-dən dekabrın 2-dək Hələb və İdlib vilayətlərinə endirilən hava zərbələri nəticəsində 81 mülki vətəndaş həyatını itirib, 304 mülki şəxs isə yaralanıb”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri