Türkiyə çempionatı istefaların sayına görə yenə Avropada öndədi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Türkiyə çempionatında məşqçi istefalarının sayı ildən-ilə artır. Bu da hər mövsüm istefa sayında rekord göstəricilərin qeydə alınmasına səbəb olur.
Klublar sabitliyə can atmaq əvəzinə çıxış yolunu məşqçi dəyişikliyində görürlər. Təkcə son 12 gündə 4 (!) istefanın baş tutduğunu bildirək. Ümumilikdə bu mövsüm superliqada yer alan 19 klubdan 11-də 17 məşqçi istefası yaşanıb.
''Böyük beşlik'' ölkələri ilə müqayisə etdikdə görərik ki, bu, inanılmaz bir göstəricidi. Məsələn, bu mövsüm indiyə qədər Liqa-1 ilə premyer-liqada 6, A seriyasında 5, La Liqa və bundesliqada isə 4 məşqçi işindən olub.
Yəni bu ölkələrdə istefa sayı 6-nı ötmədiyi halda qardaş ölkədə qovulan məşqçilərin sayı ikirəqəmli həddi çoxdan ötüb! Hətta təkcə Türkiyədə İngiltərə, Fransa və İtaliya çempionatlarındakı məşqçi istefalarının ümumi sayı qədər istefa baş tutub!
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















