Icma.az
close
up
RU
Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı

Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı

Icma.az bildirir, Bakupost portalına istinadən.


Suriyanın müvəqqəti dövlət başçısı Süveyda gərginliyini yatırdıqları üçün başda bədəvi ərəb əşirətləri olmaqla, ABŞ, ərəb dövlətləri və Türkiyəyə təşəkkür etdi.

Süveyda gərginliyinin yatırılmasında bədəvi ərəb əşirətləri birbaşa iştirak etdiyindən onlara duyulan minnətdarlığı anlamaq mümkündür.

Ərəb ölkələri də dünyanın super gücü ABŞ-a 4,2 trilyon dollar verməklə faktiki olaraq Vaşinqton üzərində ciddi təsir gücünə çevriliblər və yəqin ki, dürzi-bədəvi gərginliyinin yatırılmasında bu gücdən istifadə ediblər. Hər halda, Əhməd Şara həm ərəb ölkələrinə, həm də Suriyada yaşayan bədəvi əşirət liderlərinə boş yerə təşəkkür etməz.

ABŞ-la da məsələ aydındır.

Bəs, Türkiyə?

Açığı, Türkiyənin bu prosesdə rolu barədə məlumatlar tam olaraq ortaya qoyulmadığından biz bəzi təxminlərə əsaslanıb iddialar irəli sürmək istəmirik. Yəqin ki, yaxın günlərdə Şaranın Türkiyəyə niyə təşəkkür etdiyinin səbəbləri gün işığına çıxacaq.

Amma görünən budur ki, Süveyda gərginliyinin yatırılmasında ən çox qazanan Türkiyə, uduzan isə İsrail oldu. Zira ərəb əşirətlərinin dövriyyə girməsi ilə İsrailin Suriyanı parçalama layihəsi faktiki iflasa uğradı. Beləcə, ərəb əşirətləri Suriyada oyun dəyişdirici və oyun qurucu güc olduqlarını bir daha sübut etdilər. Üstəlik, elə ciddi güclə ortaya çıxıb dürzilərə layiqli dərs verdilər ki, atəşkəsi ilk istəyən də elə İsrail oldu. Çünki qəzəblənmiş ərəb əşirətlərinin gücü qarşısında dürziləri qorumağın mümkün olmadığını gördülər. Bədəvilərə qarşı amansız davranmanın bütün ərəb dünyasını ayağa qaldıracağını anladılar. Bu qədər böyük gücə bir də Türkiyənın qatılması isə İsrail üçün ölümcül nəticələr doğura bilərdi. Üstəlik, bu hadisələr dünyanın ən zəngin təbii sərvətlərinin cəmləşdiyi Yaxın Şərqin tamamilə ABŞ-ın da əlindən çıxması anlamına gələr, Çinin bu regionda güclənməsinə yola açardı. İsrail, təbii ki, himayədarı ABŞ-ı bu qədər qəzəbləndirmək imkanına malik deyildi.

Qısası, Təl-Əviv ərəb dünyasının bu böyük gücünü gördüyündən dərhal geri addım çəkilməyə məcbur oldu. Prosesin bundan sonra tamamilə dayanıb-dayanmayacağı təbii ki, ərəblərin və Türkiyənin göstərəcəyi reaksiyadan asılıdır. Bu birliyi qoruyub saxlaya bilsələr, sionizm bir daha özünə gələ bilməyəcək dərəcədə böyük xəsarət alacaq və ultra-millətçi ideyalardan vaz keçib region dövlətləri ilə inteqrasiyaya can atacaq. Prinsipcə, yəhudi-ərəb inteqrasiyasının yeni ideologiyası da Tramp tərəfindən hələ ilk prezidentliyi dövründə hazırlanıb – İbrahim anlaşması.

Türkiyəyə gəlincə, yəqin ki, bundan sonra Suriyanın şimal-şərqinin PKK ünsürlərindən təmizlənməsində də eyni silahdan – bədəvi ərəb əşirətlərindən istifadə olunacaq. Nəzərə alsaq ki, Süveyda gərginliyinin yatırılmasında kilid qüvvə kimi ortaya çıxan bədəvi əşirətlərinin silahlıları məhz Deyr əz-Zor, Rakka və s. kimi Suriyanın şərq və şimal-şərq bölgələrindən gəlmişdilər, onların öz regionlarında daha aktiv və təsirli olacağı şübhə doğurmur. Ən əsası isə PKK-nın əsas onurğa sütunu olduğu SDQ-nin da ən azı 70-80%-nin bu əşirət mənsublarından təşəkkül tapdığı bildirilir. Lazım gələn anda əşirət rəhbərləri Suriyanın torpaq bütövlüyünün qorunması barədə qərar versələr, Hesəkə, Rakka, Eyn əl-Ərəb, Deyr əz-Zor kimi şəhərlər qısa müddət ərzində separatçılardan təmizlənəcək. PKK bəlkə Kobanidə özünə rahat yer tapacaq. Amma bu potensial məğlubiyyət baş verərsə, kürd əşirətləri onları təcrid vəziyyətə salan PKK-nı əsla bağışlamazlar.

“Bütün bu gəlişmələrdən ən qazanclı çıxan Türkiyədir” deyəndə məhz bunları nəzərdə tuturam. Ərdoğan hakimiyyəti, deyəsən, həqiqətən də “Terrorsuz Türkiyə” hədəfinə addım-addım yaxınlaşır. Bu mənada ərəb əşirətlərinin Süveydadakı effektiv mübarizəsində Ankaranın da rolu olduğuna inanıram.

Heydər Oğuz


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri