Icma.az
close
up
RU
Türkiyə ilə münasibətlərimizə növbəti böyük qardaş eyforiyası ilə yanaşırdılar Deputat

Türkiyə ilə münasibətlərimizə növbəti böyük qardaş eyforiyası ilə yanaşırdılar Deputat

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müstəqil dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş normalarının əksini tapan 10 mühüm prinsipdən biridir. Amma dəyişməyən bir reallıq var ki, müasir geosiyasi konfiqurasiyada yalnız müstəqil dövlət suveren əməkdaşlıq barədə danışa və düşünə bilər".

Redaktor.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı bildirdi.

"İlham Əliyevin çoxvektorlu xarici siyasət kursunun hər bir elementi ilk növbədə Azərbaycanın müstəqil suveren güc kimi özünü təsdiq etdiyini göstərir. O cümlədən də qardaş Türkiyə ilə Heydər Əliyevin hakimiyyəti illərində sağlam əsaslarla qurulmasına başlanmış münasibətlər.
Türkiyə bizim müstəqilliyimizi ilk tanıyan dövlətdir, lakin 93-cü ilə qədər Azərbaycan-Türkiyə münasibətləri adekvat əsaslarda qurula bilməyib. Niyə? Bolşevik təfəkkürlü iqtidarlar Türkiyə ilə münasibətlərimizə növbəti böyük qardaş eyforiyası ilə yanaşırdılar. Bu da sonrakı dövrlərdə bəzi hallarda arzuolunmaz mənzərələr gətirib çıxarmışdı. Lakin ulu öndərin hakimiyyətə gəlişi situasiyanı dəyişdi və biz nəhayət bərabərhüquqlu tərəfdaşlıq dövrünə start verdik.

İlham Əliyev isə qardaş Türkiyə ilə əlaqələrimizi real əsaslarda konkret hərəkət mexanizmlərini ortaya qoyan Şuşa Bəyannaməsinə qədər yüksəltdi. Məhz bu iradə, bu qətiyyətin nəticəsi olaraq Bakı və Ankara beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən BMT-nin Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi, müştərək maraq kəsb edən strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin zəruriliyi kimi idealların realizəsini yeni mərhələyə daşıdı", - deyə o, qeyd etdi.

Deputat əlavə etdi ki, Şuşa Bəyannaməsi və strateji tərəfdaşlığımız Azərbaycanın təhlükəsizliyinin qarantı kimi təfsir olunur:

"Əslində isə bu tərəfdaşlıq yalnız Azərbaycanın yox həm də Türkiyənin özünün, eyni zamanda bütövlükdə bölgəmizin təhlükəsizliyinin qarantıdır.

Bu mənada Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair memoranduma biz məhz qeyd olunan siyasi kursun davamlılığı kimi baxmalıyıq. Habelə bu sənəd Azərbaycanın müstəqil iradə ifadəsini, suveren qərar imkanlarının bəyanı deməkdir. Xalqımız, dövlətimiz və bütövlükdə türk dünyası üçün xeyirli olsun".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri