Türkiyə mediası Beşiktaş ın yeni transferinin Azərbaycan millisində oynayan qardaşından yazır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün seçimi Türkiyədə geniş müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, Orkun Kökçünün "Beşiktaş"a transferi barədə dərc edilən məqalələrdə onun böyük qardaşı Ozan Canın niyə Azərbaycan yığmasına üstünlük verməsi yazılıb.
Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi üç il əvvəl Azərbaycan millisindən təklif aldığı zaman Türkiyə Futbol Federasiyasının da maraq dairəsində olub. Lakin həm AFFA-nın israrını, həm də daha çox oyun şansı əldə etmək variantını nəzərə alan Kökçü seçimini Azərbaycan millisinin xeyrinə edib. Orkun isə Azərbaycan, Niderland və Türkiyə milliləri arasından sonuncuya üstünlük verib.
Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən bəri millimizin heyətində 13 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















