Icma.az
close
up
RU
Türkiyə mediasında yayılan DEZİNFORMASİYALAR Qardaş ölkə mətbuatı Azərbaycandan NƏ İSTƏYİR? TƏHLİL

Türkiyə mediasında yayılan DEZİNFORMASİYALAR Qardaş ölkə mətbuatı Azərbaycandan NƏ İSTƏYİR? TƏHLİL

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan uzun illərdir ki, informasiya cəbhəsində hücumlara məruz qalır. Xüsusilə də, ölkəmizlə bağlı feyk məlumatların tirajlanması hallarına tez-tez rast gəlinir. Bunun nəticəsidir ki, mütəmadi olaraq dezinformasiya kampaniyasına qarşı mübarizə aparmalı oluruq.
Dəyişən tendensiya
Əvvəllər Azərbaycanla bağlı əsasən İran, Ermənistan, Rusiya mediasında feyk məlumatlar tirajlanırdı. İndi isə vəziyyət dəyişib. Təəssüflər olsun ki, son vaxtlar qardaş Türkiyənin mediasında ölkəmizlə bağlı yayılan əsassız iddia və dezinformasiyalara cavab verməli oluruq.
Ən xoşagəlməz məqam isə ondan ibarətdir ki, əvvəllər Türkiyədə ölkəmizlə bağlı feyk xəbərlər ikinci-üçüncü dərəcəli saytlarda dərc olunurdu. Bu isə iki ölkə arasındakı münasibətləri pozmağa cəhd edən hansısa qüvvələrin təxribatı kimi qiymətləndirilirdi. Ancaq indi Türkiyə hakimiyyətinə yaxın “Sabah”, Hürriyyət” və digər nəşrlər də eyni kampaniyaya qoşulublar. Təəccüb və heyrətlə izlədiyimiz bu vəziyyət artıq tendensiya halını almağa başlayıb.
Media sahəsində “unudulan” əməkdaşlıq
Məlum olduğu kimi, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri mövcuddur. Media sahəsində də uzun müddət iki ölkə arasında əməkdaşlıq hökm sürüb və iki ölkənin mətbuatı bir-birinə dəstəklərini əsirgəməyiblər.
Üstəlik, 2021-ci ildə iki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan-Türkiyə Birgə Media Platforması da formalaşıb. Bu Platformanın əsas hədəflərindən biri beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizənin aparılması idi.
 

Ancaq hazırki mənzərə bu platformanın mahiyyətinə də ziddir. Çünki biz beynəlxalq arenadakı yox, məhz qardaş ölkə mediasının dezinformasiya kampaniyası ilə qarşı-qarşıyayıq.


Bu xoşagəlməz durumu uzun müddət səbirlə müşahidə edib, qardaş ölkənin media və kommunikasiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının bu məsələyə müdaxilə edəcəyinə ümid etmişik. Ancaq göründüyü kimi, dezinformasiyalar yayılmağa davam edir. Bu isə ciddi suallar doğurur.
Türkiyə mətbuatı Azərbaycanın Fələstinə dəstəyini niyə gizlədir?
Türkiyə mediasında Azərbaycana qarşı saxta ittihamlar ölkəmizin İsraillə münasibətləri üzərində qurulub. Azərbaycan bilərəkdən “Fələstin düşməni” kimi qələmə verilir, Azərbaycanın İsraillə münasibətləri qabardılır, Fələstinlə diplomatik və humanitar bağları isə gizlədir. Hətta iddia olunur ki, guya Azərbaycan İsrailə dəstək olaraq Eurovision-da iştirakdan imtina edəcək.
Ancaq bu cür feyk xəbərləri yayanlar nədənsə Azərbaycanın Fələstinlə diplomatik və humanitar bağlarını gizlədirlər.
Halbuki Azərbaycan 1992-ci ildən Fələstini tanıyıb və diplomatik əlaqələr qurub. Üstəlik, 2011-ci ildə Bakıda Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə Fələstin səfirliyi açılıb. Rəsmi Bakı BMT-nin Fələstinə dəstək ifadə edən qətnamələri dəstəkləyib, o cümlədən Azərbaycanla Fələstin arasında indiyədək müxtəlif sahələrdə əməkdaşlıq protokolları imzalanıb.
 

Eyni zamanda Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fələstinli qaçqınların problemlərini beynəlxalq platformalarda qaldırılıb, Fələstinə milyonlarla dollarlıq humanitar yardımlar göstərib.


Rəsmi Bakının İsrail-Fələstin münaqişəsindəki mövqeyi
Azərbaycan İsrail-Fələstin münaqişəsində iki dövlətli həll variantını, yəni Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin mövcudluğunu rəsmi şəkildə dəstəkləyir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu bəyan edib.
2023-cü ilin oktyabrında münaqişə alovlanandan sonra da Azərbaycan məsələyə beynəlxalq hüquq mövqeyindən yanaşıb. Belə ki, ölkəmiz münaqişədə hər iki tərəfdən mülki əhaliyə endirilən zərbələri qınayıb.
2023-cü ilin payızında HƏMAS-ın hücumunu və İsrailin cavab əməliyyatlarını da rəsmi Bakı eyni dərəcədə tənqid edib.
Amma Türkiyə mediası bütün bu faktları gizlədərək, dezinformasiya yaymağa davam edir.
Türkiyə və İsrail arasında çoxmilyardlıq ticarət əlaqələri
Türkiyə mətbuatı Azərbaycanı İsraillə əlaqələrdə ittiham edərkən bir məsələni də nədənsə unudur. Söhbət Türkiyənin özünün İsraillə gizli əlaqələrinə dair istər Türkiyənin özündə, istərsə də xarici mediada yayılan məlumatlardan gedir.
Doğrudur, Azərbaycan mediası qardaş ölkə ilə bağlı bu həssas məsələyə toxunmamağa üstünlük verir. Ancaq bu məsələdə sual doğuran məqamlar kifayət qədərdir.
 

Məsələn, Qəzzada müharibə 2023-cü ilin oktyabrında başlayanda Türkiyə dərhal İsraili soyqırımı törətməkdə ittiham etdi. Amma rəsmi Ankara İsraillə ticarətə tam son qoyduğunu yalnız 2025-ci ildə elan etdi.


İsrail Mərkəzi Statistik Bürosunun məlumatına görə, 2024-cü ildə Türkiyə İsrailin 5-ci ən böyük ixracatçısı olub. Belə ki, Türkiyədən İsrailə ötən il 2.86 milyard dollarlıq məhsul ixrac edilib. Türkiyənin rəsmi statistikasına görə (TÜİK) isə 2024-cü ildə Türkiyə İsrailə 1,1 mlrd. dollardan artıq məhsul ixrac edib.
Bəs Azərbaycana qarşı dezinformasiya kampaniyası aparan Türkiyə mətbu orqanları niyə bu mövzuda səsini çıxarmır?
Üstəlik, bunlar rəsmi açıqlanan məlumatlardır. Bundan əlavə xarici mətbuatda Türkiyə və İsrail arasında gizli ticarət əlaqələri ilə bağlı çox sayda məlumatlar da yayılıb.
Türkiyə İsraillə gizli ticarətə davam edir?
Türkiyənin birbaşa ticarəti dayandırılmasına baxmayaraq, məhsulların üçüncü ölkələr vasitəsilə İsrailə çatdırılmasına dair məlumatlar var. Bu məlumatlar gəmi izləmə sistemləri (AIS), idxal statistikası və təhqiqatlarla sübut olunub.
 

Məsələn, BMT-nin statistikasına (UN Comtrade) görə, Türkiyənin Yunanıstana ixracatı qəfildən 71 faiz, eyni zamanda Yunanıstandan İsrailə ixracat 50 faizdən çox artıb. Bu, Türkiyə mallarının Yunanıstan üzərindən İsrailə satılması versiyasını aktuallaşdırır.


İsrailin YNET qəzeti isə yazır ki, türk malları ölkəyə İordaniya üzərindən də satılır. Üstəlik, Türkiyənin İordaniyaya ixracı da 200 faiz artıb.
Digər sensasion iddia isə Fələstin adı ilə göndərilən malların dolayısı ilə İsrailə çatdırılması ilə bağlıdır. Belə ki, ötən il Fələstinin Türkiyədən idxalı nə az, nə çox 542.5% artıb. Qəzza blokadası səbəbindən Fələstin iqtisadiyyatının durumunu nəzərə aldıqda isə, sözügedən şübhələr daha da artır.
Bundan əlavə, bu gün də gəmi izləmə sistemləri ilə Türkiyədən İsrailə yük daşındığına dair məlumatlar və hətta, görüntülər yayılır.
Bəs, Azərbaycana qarşı dezinformasiyalar yayan Türkiyə mətbuatı bunları araşdırırmı? Türkiyə mediasını İsraillə əlaqələrlə bağlı bu məlumatlar maraqlandırırmı?
Göründüyü kimi, Türkiyə-İsrail münasibətlərinə dair suallar az deyil və qardaş ölkənin mediasının bunları araşdırması daha məntiqli və doğru olardı.
Amma bunun əvəzinə Türkiyə KİV-ləri Azərbaycanın guya Ukraynaya gizli silah satışına dair Ruanda saytında gedən feyklərin və ya Azərbaycanın Eurovisionda iştirakdan imtina etməsi haqda mənbəyi belə bilinməyən dezinformasiyaları tirajlamağa üstünlük verir.
Olsun…
Görünən qədərilə, qardaş ölkənin mediası üçün Azərbaycanla bağlı “araşdırmalar” çox cəlbedicidir. Türkiyədə buna məsul olan dövlət qurumları isə dezinformasiyanın yayılmasının qarşısını almaqda həvəsli deyillər.
Belə olan halda son bir xatırlatmanı etməkdə fayda var.
Biz də Türkiyənin daxili və xarici siyasətində sual doğuran məsələləri, onların “tabu” saydıqları mövzuları araşdıra, bəzi məqamları işıqlandıra bilərik…
Bizim.Media-nın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Sentyabr 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see327

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see195

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see184

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see144

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

Zəfər paradı: “İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi”

08 Noyabr 2025 17:26see125

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri