Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşlərlə zənginləşdirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 29 noyabr, AZƏRTAC
Türkiyədəki səfirliyimiz və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşlərlə zənginləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyə Milli Kitabxanasına Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərlə bağlı 78 adda nəşrlər hədiyyə olaraq verilib. Bundan əlavə, kitabxanaya Heydər Əliyev Fondunun nəşrləri, eləcə də Mədəniyyət Nazirliyinin layihəsi əsasında reallaşdırılmış nəşrlər hədiyyə edilib.
Türkiyə Milli Kitabxanasına hədiyyə edilən nəşrlərdən ibarət sərginin açılışı olub. Kitabxananın direktor müavini Mehmet Ertürk Azərbaycana dair nəşrlərə kitabxanada daim böyük maraq və tələb olduğunu vurğulayıb.O, hədiyyə olunan zəngin kitab kolleksiyasına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















