Azərbaycan məhsullarının Türkiyə supermarketlərində satışı müzakirə olunub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul, 28 noyabr, Günel Karatepe, AZƏRTAC
Azərbaycanın ixrac potensiallı məhsullarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, “SOCAR Türkiyə” və iş adamlarının iştirakı ilə onlayn toplantı keçirilib.
Toplantıda ölkəmizin ixrac potensiallı məhsullarının, o cümlədən Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə etdiyi məhsul kateqoriyalarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları barədə müzakirələr aparılıb.
Müzakirələrin tərəflər arasında əməkdaşlığın artırılması baxımından əhəmiyyəti nəzərə alınaraq bu cür görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















