Türkiyə müxtəlif coğrafiyalarda baş verən münaqişələrin həllində açar rolunu oynayır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Türkiyə müxtəlif coğrafiyalarda baş verən münaqişələrin həllində açar rolunu oynayır. Bunu dünya gücləri qəbul etsələr də elədir, qəbul etməsələr də. Ən yaxın tarixdə istər bizim coğrafiyada, istərsə də ayrı-ayrı regionlarda baş verən münaqişələrin həllində Türkiyənin necə barışdırıcı, sülhsevər bir oyun nümayiş etdirdiyini hər kəs gördü".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, uzun illərdir vətəndaş müharibəsi yaşayan Suriyada yaşanan son hadisələr və Əsəd rejiminin devrilməsi ilə ölkədə sabitliyin təmin olunması istiqamətində atılan addımlarda Türkiyənin oynadığı rol bunu bir daha sübuta yetirir:
"Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin ilk ilində Türkiyənin irəli sürdüyü təşəbbüslər qardaş ölkənin təkcə özü üçün deyil, dünya üçün, qlobal miqyasda sülh vı sabitlik üçün çalışdığını sübuta yetirdi. Əgər Türkiyənin təşəbbüsünə zamanında Moksva və Kiyev isti yanaşsaydı, o halda vəziyyət hazırkı duruma gəlib çıxmaz, minlərlə insan həyatını itirməzdi".
İctimai Birlik sədri qeyd edib ki, bu günlərdə Londonda Ukrayna probleminə dair keçirilən zirvə görüşünə Türkiyənin də dəvət alması Ankaranın qlobal miqyasda nüfuzu və rolunun göstəricisidir:
"Artıq Avropada anlayırlar ki, dünyanın təhlükısizlik sistemində, münaqişələrin həllində Türkiyənin təşəbbüsləri faydalıdır və bu ölkə ilə hesablaşmaq zamanıdır".
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib
12 Fevral 2026 16:33
Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır
26 Avqust 2026 11:47
Azərbaycan tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır”
16 May 2025 20:28
Türkiyə qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir
09 Dekabr 2024 07:59
Türkiyə sülh üçün böyük rol oynayır
16 May 2025 02:01
Baxış sayı:102
Bu xəbər 04 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















