Türkiyə Prezidentinin Kommunikasiya idarəsinin rəhbərindən İsrailin Məscidül Əqsaya basqına münasibət
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Türkiyə Prezidentinin Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında İsrailin Məscidül-Əqsaya basqına reaksiya verib.
O yazıb: "Bəzi israilli nazirlərin İsrail polisinin himayəsi altında fanatik qruplarla birlikdə Məscidül-Əqsaya təşkil etdiyi basqını şiddətlə qınayıram. Məscidül-Əqsanın hədəf alınması İsrailin çirkin müharibəsi və soyqırımının başqa bir mərhələsidir, mənfur bir təxribatdır. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi: “İlk qibləmiz Məscidül-Əqsa, qırmızı xəttimizdir”. Qüds bütün səmavi dinlərin ortaq coğrafiyasıdır, Əl-Əqsa məscidi müsəlmanların ortaq məbədi və bütün bəşəriyyətin ortaq mirasıdır. Biz həmişə Məscidül-Əqsanın müqəddəsliyinə, ortaq irsimizə və ortaq yaddaşımıza sahib çıxacaq və bütün fələstinli qardaş və bacılarımızın yanında olmağa davam edəcəyik”.


