Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır ŞƏRH
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edəcək.
“TRT Haber”in məlumatına görə, Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Cənubi Qafqazdakı vəziyyətlə bağlı növbəti iclasını keçirəcək. İclas Ərdoğanın sədrliyi ilə Beştəpədəki Prezident sarayında baş tutacaq.
"Görüş iştirakçıları Cənubi Qafqazdakı son hadisələri, eləcə də digər aktual regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Həmçinin görüşdə ABŞ və İran arasında davam edən böhranın həlli istiqamətində diplomatik səylər, eləcə də Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələləri nəzərdən keçiriləcək. Gündəliyə Kiprdəki son hadisələr, Suriya və İraqdakı vəziyyət, İsrailin bölgədəki əməliyyatları və Rusiya-Ukrayna müharibəsi daxildir".

Mövzunu Sherg.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının iclaslarında ölkənin milli təhlükəsizlik və xarici siyasətinin əsas istiqamətləri nəzərdən keçirilir, il ərzində görülən işlər qiymətləndirilir və qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdirilir.
Politoloqun sözlərinə görə, bu dəfəki iclasda da ənənəvi olaraq Cənubi Qafqaz, İran, Suriya, Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdəki təhlükəsizlik vəziyyəti əsas müzakirə mövzuları olacaq:
“Sadalanan regionların hər biri Türkiyənin yerləşdiyi geosiyasi məkanla birbaşa bağlıdır və Ankara bu coğrafiyalarda mühüm strateji maraqlara malikdir. Bu baxımdan Cənubi Qafqazdakı vəziyyətin gündəmdə olması təbii və gözləniləndir.
Bu, yeni yanaşma deyil. Türkiyə Milli Təhlükəsizlik Şurası uzun illərdir illik iclaslarında Azərbaycan-Ermənistan münasibətlərini və Cənubi Qafqazdakı prosesləri müzakirə edir. Bunun əsasında ölkənin siyasətinin əsas konturları formalaşdırılır.
İran, Suriya, Yaxın Şərq, Ukrayna və Qara dənizdəki vəziyyətin də gündəmdə yer alması təsadüfi deyil. Türkiyə olduqca həssas və mürəkkəb geosiyasi mühitdə yerləşir. Buna görə də Ankara bütün bu istiqamətlər üzrə vəziyyəti mütəmadi təhlil edir, milli maraqlarına uyğun siyasət müəyyənləşdirərək praktik addımlar atır.
Ümumilikdə, bu məsələlərin müzakirəsi adi prosesdir. Eyni zamanda, bu, Türkiyənin regionda artan siyasi təsirinin və fəal rolunun göstəricisi kimi qiymətləndirilə bilər. Ankara regional münaqişələrin həlli istiqamətində vasitəçilik təşəbbüslərini davam etdirir. Rusiya-Ukrayna və İran-ABŞ münasibətlərində dialoqun təşviqi istiqamətində də fəal səylər göstərilir”.
O. Qasımov qeyd edib ki, Suriya məsələsi Türkiyə üçün təkcə xarici siyasət deyil, həm də milli təhlükəsizlik məsələsidir:
“Əsəd rejiminin devrilməsindən sonra formalaşan yeni hakimiyyətlə Türkiyə arasında münasibətlər konstruktiv məcrada inkişaf edir. Bu da Ankaranın son illərdə həyata keçirdiyi xarici siyasət strategiyasının mühüm nəticələrindən biri hesab oluna bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















