Türkiyə S 400 məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan "S-400" zenit-raket kompleksləri (ZRK) mövzusunda müəyyən işlərin davam etdiyini bildirsə də, bunun məhz hansı işlər olduğunu dəqiqləşdirməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Ankarada jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
"S-400 hava və raketdən müdafiə sistemi ilə bağlı işlər çoxtərəfli rejimdə davam edir. Konkret hadisələr barədə proseslər inkişaf etdikcə ictimaiyyətə məlumat veriləcək", — deyib. Nazirlikdən bu cür işlərin altında məhz nəyin nəzərdə tutulduğu barədə heç bir izahat verilməyib.
Hökumətyönlü Türkiyə qəzeti "Hürriyet" ötən həftə əldə etdiyi məlumatlara istinadən xəbər verib ki, "S-400"-lər Fars körfəzi ölkələrindən birinə təkrar satılıb. Ən potensial alıcılar arasında BƏƏ və Qətərin adları çəkilib. Türkiyə hakimiyyəti bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 İyul 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















