Türkiyə təhsil naziri: Məqsəd gələcək nəsillərə təsir edən qardaşlıq bağlarının qurulmasıdır
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.
Newscenter.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində səsləndirib.
Nazir bildirib ki, belə bir məktəbə uzun illər ehtiyac duyulurdu:
“Azərbaycan Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm ki, bu binanı bizə təqdim etdi. İnşallah, İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.”
Yusuf Tekin vurğulayıb ki, əsas məqsəd gələcək nəsillərə təsir edəcək güclü qardaşlıq və dostluq bağlarının qurulmasıdır:
“Dəyərli dostum Emin Əmrullayevə təşəkkür edirəm. Bu gözəl binanı bizimlə paylaşdı. Gələcək nəsillərə sirayət edəcək şəkildə güclü bağlar formalaşdırmaq əsas hədəfimizdir”.

Məqsəd Türkiyə ilə İsraili qarşı qarşıya qoymaqdır
17 İyul 2025 10:33
Gələcək nəsillərə sağlam dünya lazımdır Türkiyə prezidenti
12 Noyabr 2024 17:22
Məqsəd təhsil çərçivələrini yenidən tənzimləməkdir Nazir
18 Noyabr 2024 16:22
Azərbaycan Türkiyə: sarsılmaz qardaşlıq!
10 Aprel 2025 16:48
Rəcəb Tayyib Ərdoğan: Türkiyə diplomatiyasının prioriteti sabitliyə, sülhə və qardaşlıq bağlarının möhkəmləndirilməsinə töhfə verməkdir
17 Sentyabr 2025 19:35

