Icma.az
close
up
RU
“TÜRKİYƏ TRAMPIN YOX, AZƏRBAYCANIN RƏYİNİ NƏZƏRƏ ALACAQ” “Bu il sülh müqaviləsinin imzalanacağını gözləmirəm” AzPolitika onlayn siyasiictimai qəzet

“TÜRKİYƏ TRAMPIN YOX, AZƏRBAYCANIN RƏYİNİ NƏZƏRƏ ALACAQ” “Bu il sülh müqaviləsinin imzalanacağını gözləmirəm” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham İsmayıl: “Azərbaycan göstərdi ki, birmənalı şəkildə Rusiyanın yanında deyil, yeri gələndə Moskvanı ittiham etməyi də bacarır”

Təhlükəsizlik sahəsi üzrə tanınmış ekspert İlham İsmayıl siyasi gündəmin aktual mövzuları ilə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Prezident yerli televizya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” dedi. Siz perspektivi necə görürsüz? Ermənistan Azərbayanın şərtlərini qəbul edəcəkmi?

- Təbii ki, dövlət başçısı bölgədə gedən proseslərlə bağlı ən dəqiq informasiyaya sahib şəxs olduğuna görə çox inamla Zəngəzur dəhlizinin açılacağını bildirir. Bunun səbəbləri var. Əvvəla, Azərbaycan ona görə inamlıdır ki, qlobal və regional güclər bizi yox, Ermənistanı sıxışdırır. Qərb istəyir ki, Rusiya orda təhlükəsizlik məsələlərinə nəzarət etməsin. Faktiki olaraq Zəngəzur dəhlizinə də qarşı çıxmasın. Rusiya isə bunu istəmir. Çox qəribədir ki, üçüncü bir dövlətin orada olmasını isə İran istəmir. Rusiya hazırda təklənmiş bir vəziyyətdədir. İndi Rusiya ətrafında gedən proseslərdən də görmək mümkündür ki, bu ölkə zəifləyib. İstər Qərbin, istərsə də, Rusiyanın şərtləri Azərbaycan üçün keçərlidir.

- Azərbaycanın da öz şərtləri var...

- Bəli. Nikol Paşinyan da bu məsələdə müsbət fikirlər səsləndirib ki, “biz Azərbaycan üçün yumşaldıcı şərtlər tətbiq edəcəyik”. Burada rüsum, yoxlama məsələlərindən söhbət gedir. Təbii ki, Zəngəzur dəhlizinin açılması uzun vaxt aparan bir prosesdir. Çünki nə magistral, nə də dəmiryol xətti yoxdur. Mütəxəssislərin rəyinə görə, bu yolun tikintisi 4 ildən tez mümkün görünmür. Amma dediyim kimi, əsas odur ki, şərtlər qəbul olunsun. Şərtlər qəbul olunarsa, Zəngəzur dəhlizinin açılması sürətlənə bilər.

- Trampın hakimiyyətə qayıdışının dünya siyasətində ciddi dəyişikliklərə səbəb olacağı proqnozlaşdırılır. Prezident də müsahibəsində buna işarələr vurdu. Bizim regionda hansı dəyişikliklər mümkündür?

- Trampın hakimiyyətə qayıdışını az qala bütün dünya gözləyir. Trampın qayıdışı ilə bağlı Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər ön plandadır, nəinki bizim bölgə. Tramp öz ölkəsinin daxili məsələlərinə diqqəti yönəldəcək. Bu, onun siyasətinin əsas xətlərindən biridir. İnanmıram ki, Trampın qayıdışı Cənubi Qafqazda hansısa dəyişikliklərə gətirib çıxaracaq. Deyə bilərik ki, Trampın dövründən Azərbaycan-ABŞ münasibətləri həmişə normal olub. Hətta 2020-ci ildə 44 günlük müharibə başlayanda da Tramp dövlət başçısı idi. Onun məsələlərə münasibəti Azərbaycan üçün uyğun idi. Bütövlükdə Ermənistana münasibətini də deyə bilərik. Düzdür, seçkiqabağı bir sıra erməniyönlü bəyanatlar vermişdi. Kamala Harrisi tənqid etmişdi ki, niyə “artsax”dan çıxan ermənilərin qarşısını ala bilməmisiz. Amma Tramp da bilir ki, Qarabağı tərk etmiş ermənilərin geri qayıdası məsələsi gündəmə gələsi deyil. Tramp maksimum çalışacaq ki, Rsuiyanın Cənubi Qafqazdan sıxışdırsın. Bu da Ermənsitanla bağlıdır. Mən xüsusi bir dəyişikliyin olacağını gözləmirəm. Ən əsas məsələ sülh müqaviləsinin bağlanmasıdır. Düşünürəm ki, Tramp bu məsələdə daha konkret addımlar atacaq və tərəfləri buna çağıracaq.

- O zaman 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? Qərbin, Rusiyanın bu prosesə müdaxiləsi olacaqmı?

- ABŞ Prezidenti 20 yanvarda səlahiyyətlərinin icrasına başlayan zaman mümkündür ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı bəzi çağırışlar etsin. Amma biz bilirik ki, hazırda iki razılaşdırılmayan şərt qalıb. Onlardan biri uzun zaman tələb edən prosesdir. Bu, konstitusiyanın dəyişməsi məsələsidir. Dəyişiklik kifayət qədər zaman tələb edir və Paşinyanın əleyhinə bir məsələ olduğundan çox güman ki, referendum keçirilməyəcək. Bunu 2026-cı ildən sonraya saxlayacaqlar. Hər halda, seçkiyə bir ildən bir qədər artıq vaxt qalıb. Mən 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Çünki o şərtlərin qısa zamanda qəbulu mümkün deyil. Amma Trampın çağırışı ilə tərəflər çərçivə sazişi imzalaya bilərlər. Perspektivdə Ermənsitan konstitusiyaya dəyişikliklər etməklə bağlı üzərinə öhdəlik götürə bilər.

- Rusiya-Azərbaycan münasibətlərində hansı dəyişiklikləri gözləyirsiz? Prezident növbəti dəfə sərt mesajlar verdi. Sizcə, Rusiya Azərbaycanın gözləntilərini yerinə yetirəcəkmi? Münasibətlər soyusa, bu ilk növbədə özünü hansı sahələrdə göstərə bilər?

- Son vaxtlar Qərb Azərbaycanı Rusiya-Azərbaycan münasibətlərilə bağlı Rusiyayönümlü olmaqda ittiham edirdi. Təəssüf ki, bu təyyarə qəzası baş verdi. Amma bu qəzadan sonra Rusiyaya qarşı dövlət başçısı tərəfindən tələblərin səsləndirilməsi, eyni zamanda xalq tərəfindən məsələnin gündəmə gətirilməsi Qərbə onu göstərdi ki, Azərbaycan birmənalı şəkildə Rusiyanın yanında deyil. Yeri gələndə öz maraqları üçün Moskvanı ittiham etməyi də bacarır. Bu, bir tərəfdəndə müsbət oldu. Azərbaycan öz maraqları naminə Rusiyadan istədiyini almaq istəyir. Amma təbii ki, Rusiya imperiya dövlətidir. Ona görə də bu məsələləri asanlıqla qəbul etmir. Rusiya müəyyən dərəcədə Azərbaycana qarşı təzyiq imkanlarından istifafdə edə bilər.

-Söhbət hansı təzyiq imkanlarında gedir?

- Azərbaycanlıları Rusiyada sıxışdıra bilərlər. Həmçinin Azərbaycana Rusiya bazarına girişlə bağlı məhdudiyyətlər tətbiq edə bilərlər. Zaman-zaman belə şeylər olub. Amma Rusiya indiki zamanda bütün dünyadan təcrid olunduğu bir vaxtda Azərbaycanla münasibətləri korlamaz. Bu soyuqluq müəyyən müddət davam etsə də, Rusiya-Azərbaycan münasibtələri normal vəziyyətə dönəcək.

- 2025-ci il Türkiyə-Ermənistan münasibətlərinə nə vəd edir? Ermənistanla sərhədlərin açılmasını gözləyirsizmi?

- Türkiyə-Ermənistan münasibətləri birabaşa olaraq Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasından asıldır. Amma burada yeni bir faktor yarana bilər. Biz deyirik ki, Qərb maksimum çalışır Rusiyanı Cənubi Qafqazdan sıxışdırsın və Ermənistanın iqtisadi asılılığını azaltsın. Bunun üçün Türkiyə ilə yollar açılmalıdır. Yollar açılarsa, müəyyən dərəcədə Ermənistanın Rusiyadan asılılığı aşağı düşəcək. Sülh müqaviləsi olmasa belə burada ABŞ-nin mövqeyi vacib rol oynaya bilər. Bu gün Türkiyə-Ermənistan əlaqələrinin yaranması Qərbin marağındadır ki, Ermənistanı bu iqtisadi asılılıqdan qurtarmış olsun. Burada Azərbaycanın mövqeyi bəllidr. Türkiyə də bu mövqeyə hörmətlə yanaşır. Türkiyə dəfələrlə deyib ki, Azərbaycanla münasibətlər normllaşsın, sonra sərhəd məsələsinə baxarıq. Amma yeni ABŞ Prezidenti Rusiyaya qarşı elə addımlar ata, Ermənistanı Rusiyanın caynağından çıxarmaq üçün Türkiyəyə təzyiqlər edə, Azərbaycana da xahişlər ünvanlaya bilər ki, tezliklə bu yol açılsın. Hər halda Türkiyə burada son anda Azərbaycanın rəyini nəzərə alacaq, nəinki Donald Trampın.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri