Icma.az
close
up
RU
Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir AzPolitika onlayn siyasiictimai qəzet

Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Uşaqlar ölkələrin Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirak etməlidir.

“Report” xəbər verir ki, bu fikri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Danışıqları və Beynəlxalq Siyasətlər Şöbəsinin rəhbəri Aysin Turpancı COP29 çərçivəsində keçirilən “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti” mövzusunda yüksəksəviyyəli dəyirmi masada səsləndirib.

A.Turpancı qeyd edib ki, COP29 tarixi bir mərhələni əks etdirir. O, bunu milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinin hazırlanmasını bu prosesin vacib bir mərhələsi kimi xarakterizə edərək vurğulayıb: “Uşaqların iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda iştirakı, onların gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. UNICEF-in bu təşəbbüslərə dəstəyini və bizimlə birgə burada iştirakını yüksək qiymətləndirirəm”.

Onun sözlərinə görə, hazırlanan hesabatlarda iqlim dəyişikliyinin uşaqlar üzərində təsiri xüsusi qeyd olunub. İqlim dəyişikliyinin yoxsulluğu dərinləşdirərək, uşaqların həyat standartlarını daha da pisləşdirdiyini vurğulayan A.Turpancı bildirib: “Uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Buna baxmayaraq, indiyə qədər iqlim siyasətinin formalaşdırılması üzrə danışıqlara onlar cəlb olunmayıb. Halbuki, milli uyğunlaşma planlarının və milli səviyyədə müəyyən edilmiş töhfələr sənədlərinin hazırlanması prosesində onların iştirakı vacibdir”.

A. Turpancı əlavə edib ki, uşaqlara yönəlmiş iqlim siyasətlərinin hazırlanmasında məlumatların rolu əvəzsizdir: “UNICEF-in bizə təqdim etdiyi məlumatlar bu sahədə mühüm töhfə verib. Növbəti vacib məsələ isə maliyyələşdirmədir. Uşaqların ehtiyaclarını qarşılamaq üçün tədbirlərin maliyyələşdirilməsi xüsusi diqqət tələb edir”.

Türkiyənin bu istiqamətdə gördüyü işlərdən bəhs edən A. Turpancı bildirib ki, uşaqların tələblərinə uyğun ilkin xəbərdarlıq sistemləri qurulur, milli səviyyədə müəyyən edilmiş töhfələr sənədində və milli uyğunlaşma planında uşaqların ehtiyacları nəzərə alınıb. Bununla yanaşı, Türkiyə iqlim siyasətinin uşaqlar və həssas təbəqələr üzərindəki sosial-iqtisadi təsirlərini azaltmaq üçün tədbirlər həyata keçirir.

“Uşaqların iştirakını təmin etməklə, yalnız onların ehtiyaclarını nəzərə alan deyil, həm də onların səsinə qulaq asan siyasətlər formalaşdırmalıyıq”, - deyə A. Turpancı çıxışını yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri