Icma.az
close
up
RU
Türkiyə və Rusiya arasında hərəkətlilik 6 illik razılaşma pozulur

Türkiyə və Rusiya arasında hərəkətlilik 6 illik razılaşma pozulur

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin “Nəfəs” nəşri iddia edib ki, Rusiya 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini alıb, başqa ölkəyə satmaq istəyir. Nəşr xatırladıb ki, Türkiyə Rusiyadan 2,5 milyard dollara iki S-400 diviziyası alıb. Lakin bu, ABŞ-ın sərt reaksiyasına səbəb olub və Ankaraya sanksiyalar tətbiq edilib. Nəticədə Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından çıxarılıb.

Bu gün Türkiyə F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparır, həmçinin F-35 layihəsinə qayıtmağı gözləyir. Buna görə də Ankara Rusiya sistemlərinin geri qaytarılması variantını nəzərdən keçirə bilər.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, S-400-lər alınarkən ABŞ-la Türkiyə arasında münasibətlər kəskinləşmişdi:

“O zaman bildirildi ki, bu sistemlər NATO sistemlərinə inteqrasiya oluna bilməz. Yəni NATO bu qərarla razı deyildi. Hətta o zaman belə iddialar da var idi ki, Ankara bu sistemləri ambarlarda saxlayacaq, işlətməsi problem yaradacaq.

Oqtay Qasımov

Son dövrlər Türkiyə milli hava hücumundan müdafiə sistemləri üzərində işləyir. Hətta “Polad Qübbə” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Türkiyə bu yolla özü öz hava sahəsinin təhlükəsizliyini gündəmə gətirir. S-400-lər həm bahalıdır, həm də işlədilməsi ilə bağlı çətinliklər yaşanır. Rusiya bu sistemləri ancaq özünə çatdıra bilir. Digər tərəfdən, Türkiyə bu sistemləri Rusiya və ya onun vasitəçiliyi ilə digər ölkəyə sata bilər. Hesab edirəm, bu yolla Türkiyə NATO və ABŞ-la bu məsələ ilə bağlı fikir ayrılığını aradan qaldıra bilər. Bu həm də Türkiyənin F-35 layihəsinə dönməsinə səbəb olar.

Türkiyənin F-35 layihəsindən çıxarılma məsələsi təkcə S-400-ləri alması deyildi. Hesab edirəm, bunun əsas səbəblərindən biri S-400-lərin alınması öncəsində İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri və orada keçirdiyi görüşlər idi. O, həmin səfər zamanı ABŞ-ı inandırmışdı ki, Türkiyənin F-35 layihəsində qalması İsrailin təhlükəsizliyi üçün çox təhlükəlidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Rusiya ilə Ukrayna arasında müharibə hər iki tərəfin resurslarının azalması ilə müşahidə olunur:

“Ukrayna ABŞ-ın dəstəyini itirib. Aİ və NATO ölkələri bu tələbatı tam qarşılaya bilmirlər. Rusiya isə əsasən Çinin dəstəyi və İran tərəfindən verilən “Şahid” PUA texnologiyası ilə Ukrayna tərəfinə intensiv hava hücumlarını davam etdirir. Bu gün Ukrayna kifayət qədər PUA istehsal edir. Digər tərəfdən isə yerli raketlərdən istifadənin sayı da artıb. Belə olan halda təbii ki, Rusiya özü üçün hava hücumundan müdafiə sistemlərini daha böyük əhəmiyyətli hesab edir.

Ədalət Verdiyev

Rusiya böyük neft və energetika zavodlarını qoruya bilmir. Başqa sözlə desək, Rusiyanın öz hava hücumundan müdafiə sistemləri ölkənin tələbatını ödəyə bilmir. Belə olan halda çoxsaylı hava hücumundan müdafiə sistemlərinə ehtiyac yaranır. Sanksiyalar səbəbindən isə Kreml bir çox sistemləri tədarük edə bilmir.

Buna görə də Türkiyəyə daha əvvəl satılmış iki divizion S-400 kompleksini geri almaq niyyətindədir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri