Icma.az
close
up
RU
Türkiyə vətəndaşı Azərbaycanda bank kartlarında necə oğurluq edib: sosial şəbəkələrdəki yalan kampaniyalar...

Türkiyə vətəndaşı Azərbaycanda bank kartlarında necə oğurluq edib: sosial şəbəkələrdəki yalan kampaniyalar...

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Azərbaycandakı bir neçə bankın adından saxta hesablar yaratmaq yolu ilə müxtəlif vətəndaşların kartlarından oğurluq etməkdə ittiham olunan Türkiyə vətəndaşı Ertoğrul Akdemirlə bağlı məhkəmə prosesi davam etdirilib. Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan Ertoğrul Akdemirin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, iyulun 30-da hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə iclasında elan olunub ki, vətəndaşların bank kartlarından oğurluqda ittiham olunan Ertoğrul Akdemirin işi üzrə məhkəmə istintaqı başa çatır.

Bundan sonra prokuror çıxış edib. Dövlət ittihamçısı bildirib ki, Ertoğrul Akdemir Azərbaycanda fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb. Həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib. Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.

Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

Qeyd edək ki, oğurlanmış məbləğ ümumilikdə 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Dövlət ittihamçısı bildirib ki, Ertoğrul Akdemirə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı konkret faktlarla sübuta yetirilib. Prokuror Akdemir Ertoğrulun 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib: “Təqsirləndirilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb. Bu barədə məhkəməyə sənədlər təqdim edəcəyəm”.

Hakim Elnur Nuriyev vəkilə çıxışa hazırlaşmaq üçün 40 gün vaxt verib. Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən Ertoğrul Akdemirin ailəsi uzun müddətdir Azərbaycanda yaşayır. Ailənin Azərbaycanda oturum hüququ var.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri